Tarix:19/08/16
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ilin aprel-iyununda “Google”un mobil platforması ilə işləyən 300 milyon smartfon satılıb. Xatırladaq ki, 1 il əvvəl bu göstərici 272 milyon təşkil etmişdi. Nəticədə “Android” sisteminin bazar payı 82.2-dən 86.2%-dək yüksəlib.
Mütəxəssislər bildiriblər ki, “Android” sisteminin bazar payının artımı yalnız orta və aşağı qiymət səviyyəli smartfonlar deyil, həm də bahalı modellərə olan tələbat sayəsində baş verib. Belə ki, ötən rüb bahalı qurğular kateqoriyasında “Android” platformasında 6.5%-lik artım qeydə alınıb. Bu, “Android” platforması ilə işləyən “Samsung Galaxy S7” kimi yeni qabaqcıl modellərin çıxarılması ilə izah edilir.
"Google” şirkəti “Android” mobil platformasını sürətlə inkişaf etdirir – “Gartner”in analitiki Robert Kozza deyib. Smartfon bazarında yüksək doyma şəraitində internet nəhəngi virtual reallıq texnologiyası ilə bağlı, daşınan elektronika, “ağıllı” məişət texnikası və televizorlar, avtomobil sistemləri ilə qarşılıqlı əlaqədə olan əlavə funksiyaların köməyi ilə “Android” sisteminin sonrakı genişlənməsi və şaxələndirilməsi ilə məşğuldur.
“iPhone” smartfonlarının satış həcmi 7.7% azalaraq 44.4 milyona yaxınlaşıb və bu, “iOS” əməliyyat sisteminin bazar payının azalmasına səbəb olub. Smartfon bazarında “Apple” mobil platformasının payı 14.6%-dən 12.9%-dək azalıb.
Eyni zamanda vaxtilə korporativ seqmentdə liderlik etmiş “BlackBerry” və “Microsoft”un mobil əməliyyat sistemlərinin payı indi qlobal smartfon bazarında 1%-dən azdır.
Emil Hüseynov
Smartfon bazarında hansı əməliyyat sistemi liderdir?
“Gartner” analitik şirkətinin yeni hesabatına əsasən, “Android” sistemi “iOS”un geriləməsi nəticəsində mobil əməliyyat sistemləri bazarında öz mövqeyini gücləndirib.“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ilin aprel-iyununda “Google”un mobil platforması ilə işləyən 300 milyon smartfon satılıb. Xatırladaq ki, 1 il əvvəl bu göstərici 272 milyon təşkil etmişdi. Nəticədə “Android” sisteminin bazar payı 82.2-dən 86.2%-dək yüksəlib.
Mütəxəssislər bildiriblər ki, “Android” sisteminin bazar payının artımı yalnız orta və aşağı qiymət səviyyəli smartfonlar deyil, həm də bahalı modellərə olan tələbat sayəsində baş verib. Belə ki, ötən rüb bahalı qurğular kateqoriyasında “Android” platformasında 6.5%-lik artım qeydə alınıb. Bu, “Android” platforması ilə işləyən “Samsung Galaxy S7” kimi yeni qabaqcıl modellərin çıxarılması ilə izah edilir.
"Google” şirkəti “Android” mobil platformasını sürətlə inkişaf etdirir – “Gartner”in analitiki Robert Kozza deyib. Smartfon bazarında yüksək doyma şəraitində internet nəhəngi virtual reallıq texnologiyası ilə bağlı, daşınan elektronika, “ağıllı” məişət texnikası və televizorlar, avtomobil sistemləri ilə qarşılıqlı əlaqədə olan əlavə funksiyaların köməyi ilə “Android” sisteminin sonrakı genişlənməsi və şaxələndirilməsi ilə məşğuldur.
“iPhone” smartfonlarının satış həcmi 7.7% azalaraq 44.4 milyona yaxınlaşıb və bu, “iOS” əməliyyat sisteminin bazar payının azalmasına səbəb olub. Smartfon bazarında “Apple” mobil platformasının payı 14.6%-dən 12.9%-dək azalıb.
Eyni zamanda vaxtilə korporativ seqmentdə liderlik etmiş “BlackBerry” və “Microsoft”un mobil əməliyyat sistemlərinin payı indi qlobal smartfon bazarında 1%-dən azdır.
Emil Hüseynov
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet