12px13px15px17px
Tarix:19/08/16

Sinqapur alimləri gələcəyin beton materialını hazırlayıblar

Beton ən çox istifadə edilən tikinti materiallarından biri olsa da, bir xoşagəlməz çatışmazlığa malikdir. Vaxt ötdükcə beton quruyur, çatlayır və nəticədə güclü təzyiqin altında sına bilər.

Nanyan Texnologiya Universitetinin alimləri beton materialını möhkəmləndirmək üsulunu tapıblar.
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, adətən beton materialı sement, çınqıl, qum və suyun qarışığından hazırlanır. Sinqapur alimləri tərəfindən yaradılmış “ConFlexPave” materialı isə polimer mikrolif adlı daha bir komponentə malikdir. İnsan saçından daha nazik olan polimer mikrolif betona təzyiq zamanı yüklənməni bərabər bölüşdürməklə onu möhkəmləndirir.

“ConFlexPave” adlı materialın yaradıcıları əmin edirlər ki, yeni material metal kimi elastikdir və adi beton üçün maksimum yüklənmədən iki dəfə güclü yüklənməyə tab gətirmək gücünə malikdir.

Yeni materialı zavodda hazırlamaq və sonra tikinti meydançasına çatdırmaq olar. Bu halda beton materialı daha sürətli hazırlanır.

Emil Hüseynov




Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024