12px13px15px17px
Tarix:26/08/16

2025-ci ilə “5G” telefonlarının tədarükü 300 milyonu ötəcək

“4G” şəbəkəsi ilə müqayisədə 1000 dəfə yüksək sürət təmin etmək qabiliyyətinə malik “5G” mobil şəbəkəsinin kommersiya buraxılışı yalnız 2020-ci ilə gözlənilir. Buna baxmayaraq “Strategy Analytics” tədqiqat şirkətinin analitikləri artıq yeni rabitə standartı ilə bağlı proqnoz verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, “5G” şəbəkəsini dəstəkləyən ilk mobil qurğular artıq 2018-ci ildə əlçatan ola bilər. Mütəxəssislər bildirib ki, smartfon istehsalçıları bir sıra texniki problemləri həll etməlidir.

2020-ci ilə bu çətinliklərin aradan qaldırılacağı gözlənilir. Həmin vaxt “5G” dəstəkli aparatların kiçik partiyaları Cənubi Koreya və Yaponiya bazarlarına satışa çıxarılacaq. 2021-ci ildən sözügedən qurğular ABŞ, Böyük Britaniya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və Çin daxil olmaqla başqa ölkələrdə əlçatan olacaq.

“Strategy Analytics”in uzunmüddətli proqnozuna əsasən, 2022-ci ilə dünyada “5G” dəstəkli on milyonlarla mobil telefon satılacaq, lakin bazarda onların payı 5%-i ötməyəcək.

Araşdırmaya əsasən, 2025-ci ilə “5G” aparatlarının qlobal tədarükü 300 milyonu ötəcək. Təxmin edilir ki, 2025-ci ilə mobil qoşulmaların təqribən  7%-i “5G” şəbəkələrinin köməyi ilə qurulacaq.

Emil Hüseynov




Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024