12px13px15px17px
Tarix:26/08/16

“WhatsApp” istifadəçilər haqda məlumatları “Facebook”la paylaşacaq

"WhatsApp" messenceri öz istifadəçiləri haqda məlumatları "Facebook" sosial şəbəkəsi ilə paylaşacaq. Bu haqda xidmətin nümayəndələri məlumat verib.

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru"ya istinadən yazır ki, 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp" messencerini 19 milyard dollara satın aldıqda messencerin yaradıcısı Yan Koum bildirmişdi ki, onun xidməti heç vaxt istifadəçilər haqda məlumatları toplamayıb və bu qaydanı dəyişdirməyi düşünmür.

İndi isə "Facebook" ona məxsus müxtəlif xidmətlərdən ("Instagram", "Messenger", "WhatsApp") istifadəçilər haqda informasiyaları tutuşdurmaqla hər bir şəxs barəsində ətraflı "dosye" yaratmaq istəyir. Bu, reklam göstəricisini yaxşılaşdırmaq naminə edilir.

Həmçinin "Facebook" messencerdən toplanılmış məlumatlar əsasında istifadəçiyə yeni dostlar təklif edəcək. Bundan başqa, "WhatsApp" rəhbərliyi söz verir ki, istifadəçilər haqda məlumatların "Facebook"a ötürülməsi messencerdə spamla daha effektiv mübarizə aparmağa kömək edəcək.

Həmçinin sözügedən xidmət iş adamlarına çat vasitəsilə istifadəçilərlə birbaşa ünsiyyət saxlamaq imkanı yaratmağa hazırlaşır.

Emil Hüseynov




Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024