12px13px15px17px
Tarix:26/08/16

Analitiklər süni intellekt texnologiyaları bazarında artım proqnozlaşdırır

“Tractica” analitik şirkəti qlobal süni intellekt texnologiyaları bazarında kəskin artım proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidmətinin  “www.dailycomm.ru”   saytına istinadən verdiyi məlumata görə, 2016-cı ildə 643.7 milyon ABŞ dolları məbləğində gəlirin əldə ediləcəyi, 2025-ci ilə bu göstəricinin 36.8 milyard dollara yaxınlaşacağı gözlənilir.

Onu da qeyd edək ki, mütəxəssislər süni intellekt dedikdə kompüter təlimi (“machine learning”), dərin təlim (“deep learning”), kompüter görməsi (“computer vision”), təbii dilin emalı (“Natural Language Processing”, “NLP”) və kompüter düşüncəsi (“machine reasoning”) kimi müxtəlif informasiya sistemləri və texnologiyalarını nəzərdə tutur.

“Süni intellektdən istifadə üzrə bəzi ssenarilər  - təsvirlərin tanınması, qiymətli kağızlarla alqoritmik ticarət və pasiyentin tibbi məlumatlarının idarəedilməsi böyük potensiala malikdir, –  deyə “Tractica”nın tədqiqatlar üzrə direktoru Aditya Kaul bildirib.

Onun sözlərinə görə, həmçinin istehlak malları, biznes xidmətlər, reklam, maliyyə və investisiyalar, KİV və əyləncə, müdafiə sahəsində süni intellekt texnologiyalarının tətbiqi nəticəsində böyük gəlir əldə ediləcək.

Emil Hüseynov




Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024