12px13px15px17px
Tarix:30/08/16

“iPhone 7” smartfonunun təqdimatının vaxtı məlum olub

“Apple” şirkəti sentyabrın 7-də San-Fransiskoda keçiriləcək təqdimata dəvətnamələr göndərib. Tədbirdə ən əsas yenilik yeni “iPhone” modellərinin təqdimatı olacaq. Belə ki, şirkətin 3 smartfon təqdim edəcəyi gözlənilir. Bunlar adi “iPhone 7”, onun böyüdülmüş versiyası "iPhone 7 Plus” və “iPhone 7 Pro” smartfonlarıdır. O da ehtimal olunur ki, şirkət “iPhone 7 Plus” qurğusundan imtina edərək bu adda "iPhone 7 Pro” smartfonu istehsal edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əsas diqqət məhz qabaqcıl “iPhone 7” və onun unikal xüsusiyyətlərinə yönəldiləcək.

Təqdimatda sensorlarının sayı artırılan ikinci nəsil “Apple Watch” “ağıllı” saatlarının nümayiş etdiriləcəyi gözlənilir.

Bununla yanaşı, yeni kompüterlərin təqdim ediləcəyi də istisna edilmir, lakin bunun daha çox payızda yeni nəsil “iPad” planşetlərinin nümayiş olunacağı ikinci təqdimatda baş tutacağı ehtimal olunur.

Nizam Nuriyev 




Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024