12px13px15px17px
Tarix:30/08/16

Qarşıdakı 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12.5% yüksələcək

“International Data Corporation” (“IDC”) analitiklərinin proqnozuna əsasən, yaxın 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12.5% yüksələcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitik şirkətin gözləntilərinə əsasən, 2016-cı ildə İT məhsul və xidmətlərinin satış həcmi 2.4 trilyon dollara yaxınlaşacaq və 2020-ci ildə bu göstərici 2.7 trilyon dolları ötəcək. Beləliklə, ekspertlər sözügedən bazarın orta illik artım sürətini 3.3% həcmində qiymətləndirir.

Maliyyə xidmətləri və istehsal sektoru kimi böyük sahələrdə İT xərclərinin sürətlə artımı proqnozlaşdırılır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, telekommunikasiya sahəsində xərclərin həcmi ötən illərlə müqayisədə tədricən artacaq. Yaxın 4 ildə İT həllərinin satış həcminin 33%-i bank və telekommunikasiya sektorunun payına düşəcək.

2015-ci ildə qlobal İT xərclərinin 25%-i istehlak alış-verişinin payına düşüb. Ancaq istifadəçilər kompüter, planşet və mobil telefon alışına daha az pul xərcləyirlər ki, bu da informasiya texnologiyaları sahəsinə təsir edəcək. Qlobal planşet bazarının sonrakı artımı daha çox korporativ sektordan asılı olacaq.

Səhiyyə sahəsində  İT xərcləri sürətlə artacaq. Belə ki, 2015- 2020-ci illərdə bu sahədə ildə orta hesabla 5.7% artım gözlənilir.
 
Emil Hüseynov




Baxış sayı: 886

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024