Tarix:31/08/16
Müqayisə üçün, 2015-ci ildə fərdi kompüterlərin (FK) tədarük həcmi 10.4%, 2014-cü ildə 2.1%, 2008-ci ildə isə 9.8% azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, 2016-cı ilin ikinci rübündə dünya bazarında FK-nın tədarükü 4.1% azalıb, halbuki “IDC” bu göstəricini 7.5% səviyyəsində proqnozlaşdırmışdı. Şirkət bunu ABŞ, Qərbi Avropa və Latın Amerikasında fərdi kompüterlərə tələbatın artması ilə izah edib.
Eyni zamanda siyasi qeyri-sabitlik, məzənnə dəyişikliyi, məhsulların qiymətinin artması, Böyük Britaniyanın Avropa Birliyindən çıxması haqda referendumun nəticəsi və s. qlobal fərdi kompüter bazarına neqativ təsir göstərməyə davam edir.
2018-ci ildə “IDC”-nin analitikləri dünya bazarında FK tədarükünün artımını proqnozlaşdırır. “IDC”-nin qlobal FK bazarının tədqiqi üzrə vitse-prezidenti Loren Louverd izah edib ki, bazarın sabitləşməsi üzrə tendensiya artıq özünü büruzə verir. Şirkətin analitikləri bildiriblər ki, məhz korporativ seqment sayəsində 2018-ci ildə FK bazarında dinamika mənfi olmayacaq.
Emil Hüseynov
Fərdi kompüter bazarında azalma davam edəcək
“IDC”-nin analitikləri qlobal fərdi kompüter bazarı üzrə proqnoza dəyişiklik edib: əgər cari ilin mayında 2017-ci ildə tədarük həcminin 1.6% azalması proqnozlaşdırılmışdısa, indi bu göstərici 2.1% səviyyəsindədir. 2016-cı ilə olan proqnoza heç bir dəyişiklik edilməyib: analitiklər tədarük həcminin 7.2% azalacağını bildirib.Müqayisə üçün, 2015-ci ildə fərdi kompüterlərin (FK) tədarük həcmi 10.4%, 2014-cü ildə 2.1%, 2008-ci ildə isə 9.8% azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, 2016-cı ilin ikinci rübündə dünya bazarında FK-nın tədarükü 4.1% azalıb, halbuki “IDC” bu göstəricini 7.5% səviyyəsində proqnozlaşdırmışdı. Şirkət bunu ABŞ, Qərbi Avropa və Latın Amerikasında fərdi kompüterlərə tələbatın artması ilə izah edib.
Eyni zamanda siyasi qeyri-sabitlik, məzənnə dəyişikliyi, məhsulların qiymətinin artması, Böyük Britaniyanın Avropa Birliyindən çıxması haqda referendumun nəticəsi və s. qlobal fərdi kompüter bazarına neqativ təsir göstərməyə davam edir.
2018-ci ildə “IDC”-nin analitikləri dünya bazarında FK tədarükünün artımını proqnozlaşdırır. “IDC”-nin qlobal FK bazarının tədqiqi üzrə vitse-prezidenti Loren Louverd izah edib ki, bazarın sabitləşməsi üzrə tendensiya artıq özünü büruzə verir. Şirkətin analitikləri bildiriblər ki, məhz korporativ seqment sayəsində 2018-ci ildə FK bazarında dinamika mənfi olmayacaq.
Emil Hüseynov
Baxış sayı: 572
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet