12px13px15px17px
Tarix:01/09/16

2016-cı ildə qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

“IDC” analitik şirkətinin proqnozuna əsasən, cari ilin sonunadək qlobal planşetlər bazarında mənfi dinamika saxlanılacaq və 2016-cı ildə 11.5% səviyyəsində rekord azalma qeydə alınacaq. Planşet kompüterlərin tədarük həcmi 183.4 milyonadək azalacaq. Müqayisə üçün, 2015-ci ildə planşetlərin tədarük həcmi 207 milyon təşkil etmişdi.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər 2017-ci ildə tədarük həcminin daha 1% azalaraq 181 milyon olacağını proqnozlaşdırırlar. 2018-ci ildə planşet bazarının həcmi 2% artaraq 184 milyona, 2019-cu və 2020-ci illərdə bu göstərici 189 və 194.2 milyonadək artacaq. Çıxarılıb taxıla bilən klaviaturaya malik hibrid modellərin populyarlığının artması sözügedən bazarın bərpasına imkan yaradacaq.

“IDC”-nin analitiki Citeş Ubraninin sözlərinə görə, bazarda “Windows” və “iOS” mobil əməliyyat sistemi ilə işləyən və çıxarılıb taxılan klaviaturaya malik planşetlər var. “Android” mobil əməliyyat sisteminin yeni versiyasını (çoxməsələlik dəstəyi və əlavə təhlükəsizlik funksiyaları) istifadəyə verən “Google” şirkəti də bu mübarizəyə qoşulacaq.

Analitik şirkət, həmçinin kiçikölçülü planşetlər seqmentinin azalmasını və daha böyükölçülü qurğular seqmentinin artımını proqnozlaşdırır.

Lakin hibrid planşetlərin diqqət mərkəzində olmasına baxmayaraq, ənənəvi planşetlər liderlik etməyə davam edəcək. Təxmin edilir ki, 2016-cı ildə sonuncunun bazar payı 85% təşkil edəcək, 2020-ci ilə 68%-dək azalacaq.

Emil Hüseynov




Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024