12px13px15px17px
Tarix:01/09/16

Alimlər: “Süni intellekt 2030-cu ilədək şəhər həyatına təsir edəcək”

Elmi əməkdaşlar qrupu 2030-cu ilədək süni intellekt sahəsində nailiyyətlərin tipik Şimali Amerika şəhərinin nəqliyyat, səhiyyə və təhsil kimi sahələrində həyata təsiri ilə bağlı proqnoz verib. Tədqiqatçıların məqsədi sürətlə inkişaf edən texnologiyaların təhlükəsiz, düzgün və əlverişli inkişafını necə təmin etməkdən ibarət olub.

“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, Stenford Universitetinin mütəxəssislərinin qənaətinə görə, ixtisaslaşmış süni intellekt 2030-cu ilədək daha geniş yayılacaq və faydalı olacaq. Onun köməyi ilə iqtisadiyyat və həyat tərzi yaxşılaşacaq. Lakin texnologiyalar iş yerlərinin sayına təsir göstərə biləcək ciddi problemlər yaradacaqlar. Odur ki, bu məsələlər artıq indidən həll olunmalıdır.

Alimlər iclas keçirərək süni intellektin sosial etik baxımdan potensial tətbiqinin texnoloji, iqtisadi və siyasi nəticələrini qiymətləndirməyə çalışıblar. Alimlər əmindirlər ki, süni intellekt texnologiyaları geniş əhali təbəqələri üçün etibarlı ola bilər. Onların sözlərinə görə, gələcəkdə biz onlara o qədər öyrəşəcəyik ki, etibarsızlıq və əsassız qorxu aradan qalxacaq.

Nizam Nuriyev 




Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024