Tarix:03/09/16
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Qualcomm" texnologiyalarından kənar istehsalçıların istifadəsi virtual reallıq qurğularının qiymətinin azalmasına səbəb ola bilər.
"Qualcomm Snapdragon VR820" eynəyi görünüşünə görə bazarda təqdim edilən əksər oxşar qurğuları xatırladır. Onlar qabaqcıl "Snapdragon 820" mobil prosessoru ilə işləyir və kompüterə qoşulmur və ya smartfondan istifadə etmirlər. Qurğu 1440*1440 pikselli iki "AMOLED" displey ilə təchiz edilib.
Həmçinin eynək iki kamera ilə gözün hərəkətini izləyən sistemə və istifadəçinin hərəkətlərini və onun virtual obyektlərlə əlaqəsini izləyən iki kənar kameraya malikdir. Bundan başqa, "Qualcomm Snapdragon VR820" 4 mikrofon, giroskop, akselerometr və maqnitometr ilə təchiz edilib.
Şirkətin planına görə, tərtibatçılar "Snapdragon VR820" eynəyini bu ilin dördüncü rübündə əldə edə biləcəklər. Eynəyin əsasında ilk məhsulların bazara bir müddət sonra çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
Tərtibatçılar üçün virtual reallıq eynəyi təqdim olunub
"Qualcomm" şirkəti Berlində keçirilən "IFA 2016" sərgisinin açılışına həsr edilən mətbuat konfransında virtual reallıq qurğuları və onların proqram və kontent istehsalçıları üçün nəzərdə tutulan "Snapdragon VR820" virtual reallıq eynəyini təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Qualcomm" texnologiyalarından kənar istehsalçıların istifadəsi virtual reallıq qurğularının qiymətinin azalmasına səbəb ola bilər.
"Qualcomm Snapdragon VR820" eynəyi görünüşünə görə bazarda təqdim edilən əksər oxşar qurğuları xatırladır. Onlar qabaqcıl "Snapdragon 820" mobil prosessoru ilə işləyir və kompüterə qoşulmur və ya smartfondan istifadə etmirlər. Qurğu 1440*1440 pikselli iki "AMOLED" displey ilə təchiz edilib.
Həmçinin eynək iki kamera ilə gözün hərəkətini izləyən sistemə və istifadəçinin hərəkətlərini və onun virtual obyektlərlə əlaqəsini izləyən iki kənar kameraya malikdir. Bundan başqa, "Qualcomm Snapdragon VR820" 4 mikrofon, giroskop, akselerometr və maqnitometr ilə təchiz edilib.
Şirkətin planına görə, tərtibatçılar "Snapdragon VR820" eynəyini bu ilin dördüncü rübündə əldə edə biləcəklər. Eynəyin əsasında ilk məhsulların bazara bir müddət sonra çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 1128
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet