12px13px15px17px
Tarix:06/09/16

2025-ci ildə enerjinin 33%-ni bərpa olunan enerji mənbələrindən əldə etmək mümkün olacaq

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyası tərəfindən “Peregrine” superkompüterinin köməyi ilə bəzi hesablamalar aparıldıqdan sonra mütəxəssislər belə qənaətə gəlib ki, 10 il sonra ABŞ-ın şərq elektrik şəbəkəsi öz istehsal gücünün 30%-ni bərpa olunan enerji mənbəyi hesabına təmin edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, 100 ildən çox yaşı olan bu şəbəkə dünyada ən böyük elektrik şəbəkələrindən biridir və fasiləsiz işləyir. İlk öncə bərpa olunmayan enerji mənbələri ilə işləyən elektrik stansiyaları elektrik enerjisi generasiya edirdi, bundan sonra öz faydalılığını sübut etmiş külək və günəş elektrik stansiyaları da tədricən ümumi şəbəkəyə daxil edilib.
 
ABŞ-ın şərq elektrik şəbəkəsi 200 milyondan çox insana xidmət göstərən çox mürəkkəb konstruksiyadır. Buna görə hər hansı dəyişiklik etməzdən əvvəl dəqiq hesablamalar aparmaq lazımdır və bu istiqamətdə işlər aparılır.
 
Emil Hüseynov




Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024