12px13px15px17px
Tarix:14/09/16

Yeni texnologiya bağlı kitabları oxuyacaq

Massaçusets Texnologiya İnstitutu və Corciya Texnologiya İnstitutunun tədqiqatçıları bağlı kitabların oxunmasına imkan verəcək kitabların mündəricatını müəyyənləşdirən yeni sistem hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, eyni anda doqquz kitabı vərəqləmədən oxumağa imkan verən sistem ilk baxışdan rentgeni xatırladır və mürəkkəblərdən başqa cür əks edilən mətni kağız qatlarının içindən skan edən terahers şüalandırmadır. Rentgen şüalanma belə seçimi təmin edə bilmir, ultrasəs isə dərinlik üzrə analoji təsviri əldə etməyə imkan vermir. Müxtəlif işıq əksetmələri sistemə kağızı mürəkkəbdən seçməyə imkan verdiyi halda 20 mikron qalınlığında hava qatları müxtəlif səhifələri fərqləndirə bilir.

Texnologiyanın ilkin mərhələdə olmasına baxmayaraq tədqiqatçılar artıq sistem vasitəsilə kitabın ilk 20 səhifəsi arasında olan məsafəni ölçməyə, eləcə də ilk 9 səhifədə çap edilən ayrı-ayrı hərfləri müəyyənləşdirməyə nail olublar. Hazırda alimlərin məqsədi sistemin dəqiqliyini artırmaqdan, həmçinin tanınan səhifələrin sayını artırmağa imkan verəcək şüalandırma mənbəyinin axtarışından ibarətdir. 

Texnologiya faydalı görünməsə (çünki kitabı ələ götürüb oxumaq daha asandır) də, sistem uğur qazanacağı təqdirdə zədələnən tarixi artefekatların və qədim abidələrin analizinə kömək edə bilər.

Nizam Nuriyev






Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024