Tarix:17/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu proqram təminatının yaradıcıları sifəti gizlədilmiş şəkillərdə obyektlərin tanınması üçün kompüter təlimi metodikasından istifadə ediblər. Mütəxəssislər proqram təminatının hazırlanması prosesində alqoritmə yalnız sifəti deyil, hətta bulanıq mətni ilkin formasına qaytarmağı öyrədiblər.
Alimlər belə nəticələrə nail olmaq üçün surət, söz, sifət və predmetlərdən istifadəyə əsaslanan kompüter təlimi kursu keçiblər. Proqram surətləri 90% dəqiqliklə tanıdıqdan sonra kompüterə yeni bulanıq şəkillərdən ibarət bir neçə variant təklif edilib. Şəkillər öz ilkin formasına 80-90% dəqiqliklə bərpa edilib.
Məxfiliyin qorunmasını istəyənlər sistemin əleyhinədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə sözügedən proqramdan müşahidə kameralarına düşən cinayətkarların aydın olmayan, bulanıq şəkillərini müəyyənləşdirmək üçün istifadə etməyi düşünürlər.
Emil Hüseynov
Süni intellekt bulanıq şəkildəki insanı müəyyənləşdirməyi öyrənib
İnternet istifadəçiləri və televiziya tamaşaçıları şəkildə sifətin gizlədilməsi metodu ilə tanışdırlar. Adətən şəkil bulanıq hala salınır və ya piksellərin köməyi ilə gizlədilir. Məsələn, “YouTube” öz istifadəçilərinə belə xidmət təklif edir. Ancaq süni intellekt sahəsində əldə edilmiş nailiyyətlər sifəti gizlədilmiş şəkli dəqiqliklə ilkin formasına qaytarır.“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu proqram təminatının yaradıcıları sifəti gizlədilmiş şəkillərdə obyektlərin tanınması üçün kompüter təlimi metodikasından istifadə ediblər. Mütəxəssislər proqram təminatının hazırlanması prosesində alqoritmə yalnız sifəti deyil, hətta bulanıq mətni ilkin formasına qaytarmağı öyrədiblər.
Alimlər belə nəticələrə nail olmaq üçün surət, söz, sifət və predmetlərdən istifadəyə əsaslanan kompüter təlimi kursu keçiblər. Proqram surətləri 90% dəqiqliklə tanıdıqdan sonra kompüterə yeni bulanıq şəkillərdən ibarət bir neçə variant təklif edilib. Şəkillər öz ilkin formasına 80-90% dəqiqliklə bərpa edilib.
Məxfiliyin qorunmasını istəyənlər sistemin əleyhinədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə sözügedən proqramdan müşahidə kameralarına düşən cinayətkarların aydın olmayan, bulanıq şəkillərini müəyyənləşdirmək üçün istifadə etməyi düşünürlər.
Emil Hüseynov
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet