Tarix:17/09/16
Adi insulin nasosları qlükozanın səviyyəsinə nəzarət edə bilmir. Pasiyent bunu müstəqil etməli, sonra insulinin dozalarını hesablamalıdır. Belə nasosun köməyi ilə hormon fasiləsiz təmin edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki, smartfon üçün mobil proqram yeni nasosa nəzarət edir və tamamilə avtomatlaşdırılıb.
Süni mədəaltı vəz – bu, insulin nasosu, "GSM" qlyukometr, qəbuledici aparat və komponentlərin işini sinxronlaşdıran "Android" mobil əməliyyat sistemi ilə işləyən smartfondan ibarətdir. Bu halda şəkərin səviyyəsinin monitorinqi real vaxt rejimində aparılır və müvafiq olaraq insulin nasosunun ötürdüyü insulinin miqdarı dəyişir. Bir sözlə, əl vasitəsilə heç nəyi sazlamaq lazım deyil.
Sağlam orqanizmdə insulinin səviyyəsi hər saniyə dəyişir: təbii nəzarət alqoritmləri işləyir. İnsan özü buna fiziki cəhətdən nəzarət edə bilmir və nəticədə orqanizmin vəziyyəti pisləşir.
Qlükozanın səviyyəsinin müəyyənləşdirilməsi, lazımi dozanın hesablanması və insulin nasosu vasitəsilə insulinin verilməsi prosesinin avtomatlaşdırılması diabetdən əziyyət çəkən insanın daha yaxşı formada olmasına imkan verəcək. Bundan başqa, yeni sistem gecə-gündüz işləyir, halbuki ənənəvi metodlar yalnız pasiyent ayıq olduqda işləyir.
Emil Hüseynov
Smartfon vasitəsilə idarə olunan süni mədəaltı vəz təqdim edilib
Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış süni mədəaltı vəzi smartfon vasitəsilə idarə etmək mümkündür. Qurğu insulin nasoslarından istifadə edən insanların həyatını ciddi şəkildə asanlaşdırır.Adi insulin nasosları qlükozanın səviyyəsinə nəzarət edə bilmir. Pasiyent bunu müstəqil etməli, sonra insulinin dozalarını hesablamalıdır. Belə nasosun köməyi ilə hormon fasiləsiz təmin edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki, smartfon üçün mobil proqram yeni nasosa nəzarət edir və tamamilə avtomatlaşdırılıb.
Süni mədəaltı vəz – bu, insulin nasosu, "GSM" qlyukometr, qəbuledici aparat və komponentlərin işini sinxronlaşdıran "Android" mobil əməliyyat sistemi ilə işləyən smartfondan ibarətdir. Bu halda şəkərin səviyyəsinin monitorinqi real vaxt rejimində aparılır və müvafiq olaraq insulin nasosunun ötürdüyü insulinin miqdarı dəyişir. Bir sözlə, əl vasitəsilə heç nəyi sazlamaq lazım deyil.
Sağlam orqanizmdə insulinin səviyyəsi hər saniyə dəyişir: təbii nəzarət alqoritmləri işləyir. İnsan özü buna fiziki cəhətdən nəzarət edə bilmir və nəticədə orqanizmin vəziyyəti pisləşir.
Qlükozanın səviyyəsinin müəyyənləşdirilməsi, lazımi dozanın hesablanması və insulin nasosu vasitəsilə insulinin verilməsi prosesinin avtomatlaşdırılması diabetdən əziyyət çəkən insanın daha yaxşı formada olmasına imkan verəcək. Bundan başqa, yeni sistem gecə-gündüz işləyir, halbuki ənənəvi metodlar yalnız pasiyent ayıq olduqda işləyir.
Emil Hüseynov
Baxış sayı: 1067
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet