12px13px15px17px
Tarix:19/09/16

Bank sektorunda ovucun skan edilməsi sistemi tətbiq ediləcək

Yaponiyanın “Ogaki Kyoritsu” bankı ovuc içi izinə görə hesab sahibinin eyniləşdirməsini tətbiq etməyi planlaşdırır. Beləliklə, yapon bankı kartların vaxtaşırı itirilməsi ilə bağlı problem həll etmək istəyir.

“ICTnews” Elektron Xəbər Xidməti “fainaidea.com” saytına istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, belə sistem hələ 2012-ci ildə hazırlanıb, amma onda bankomatların bu sistemə adaptasiyası böyük problem idi. Amma indi bank sözügedən texnologiyalara daha ciddi yanaşır  və bank sistemlərinə dəyişikliklər etməyə hazırdır.

Bank nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda ovuc içinin skanerinə malik 160 bankomat fəaliyyət göstərəcək.

Emil Hüseynov




Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024