12px13px15px17px
Tarix:19/09/16

Avropa Birliyində “Wi-Fi” hər kəs üçün pulsuz olacaq

Avropa Birliyi Komissiyası dörd il ərzində Avropa Birliyinin istənilən şəhər və qəsəbəsində “Wi-Fi” vasitəsilə internetə pulsuz çıxışı təmin etməyə dair söz verib.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, 120 milyon avro məbləğində ayılacaq qrant hökumətlərə lokal simsiz giriş nöqtələri daxil olmaqla yüksək keyfiyyətli avadanlıq almağa imkan verəcək. Layihə Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin nazirləri tərəfindən təsdiqləndiyi təqdirdə həmin məbləğ gələn ilin sonunadək əlçatan olacaq.

Komissiya, həmçinin 2025-ci ilədək Avropada yerləşən evlər üçün ən azı 100 MB/s yükləmə sürətini təmin etməyi təklif edir.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Birliyinin vəziyyəti haqda hesabatında, həmçinin rouminqi həmişəlik ləğv etməyə və  2025-ci ildə Avropa Birliyinin ərazisini “5G” xidməti ilə tamamilə əhatə etməyə dair söz verib.

Emil Hüseynov




Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024