Tarix:27/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, ovuc ölçüsündə olan kiçik “Skulpt” qurğusu sağlamlıq üçün bir neçə mühüm göstəricini ölçməyə imkan verən 19 elektrodla təchiz edilib. Elektrodlar istifadəçinin bədəninə insanın əzələsi və piyindən keçməklə toxumaların keçiricilik qabiliyyətini və müqavimətini qiymətləndirən impulslar göndərir. Xüsusi ötürücü istifadəçinin bədənində əzələ tonusunu və piyin miqdarını qiymətləndirmək üçün çıxan və qayıdan siqnalı müqayisə edir. “Skulpt”ın yeni versiyası bütün bu göstəriciləri bir neçə saniyə ərzində təhlil edə bilir.
Sağlamlığını izləyən insanlar üçün xüsusilə faydalı olacaq qurğu vasitəsilə istifadəçilər göstəricilərə və məsləhətlərə əsasən məşqlərin effektivliyini qiymətləndirə və yüklənməni adaptasiya edə biləcəklər. Mütəxəssislərin sözlərinə görə, qurğu peşəkar ölçmə cihazlarına rəqib ola bilər.
“Skulpt” əldə edilən göstəriciləri analiz edərək faydalı məsləhətlər verən müvafiq əlavə vasitəsilə istifadəçinin mobil qurğuları ilə sinxronlaşdırılır. Bundan başqa, əlavə vasitəsilə istifadəçi öz bədəninin sağlamlıq statistikasına baxa bilər. Qurğunun sistemi istifadəçini mümkün əzələ travmaları barədə xəbərdar edir, hansı hərəkətlərin ondan yayınmağa kömək edə biləcəyini göstərir.
“Skulpt” qurğusunu istehsalçının rəsmi saytında 99 dollara sifariş etmək mümkündür.
Nizam Nuriyev
Yeni qurğu dərhal istifadəçinin əzələ tonusunu və piyin miqdarını müəyyənləşdirəcək
“Skulpt” şirkəti istifadəçinin əzələ tonusunun və piyinin miqdarının monitorinqini aparan qurğunun ikinci versiyasını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, ovuc ölçüsündə olan kiçik “Skulpt” qurğusu sağlamlıq üçün bir neçə mühüm göstəricini ölçməyə imkan verən 19 elektrodla təchiz edilib. Elektrodlar istifadəçinin bədəninə insanın əzələsi və piyindən keçməklə toxumaların keçiricilik qabiliyyətini və müqavimətini qiymətləndirən impulslar göndərir. Xüsusi ötürücü istifadəçinin bədənində əzələ tonusunu və piyin miqdarını qiymətləndirmək üçün çıxan və qayıdan siqnalı müqayisə edir. “Skulpt”ın yeni versiyası bütün bu göstəriciləri bir neçə saniyə ərzində təhlil edə bilir.
Sağlamlığını izləyən insanlar üçün xüsusilə faydalı olacaq qurğu vasitəsilə istifadəçilər göstəricilərə və məsləhətlərə əsasən məşqlərin effektivliyini qiymətləndirə və yüklənməni adaptasiya edə biləcəklər. Mütəxəssislərin sözlərinə görə, qurğu peşəkar ölçmə cihazlarına rəqib ola bilər.
“Skulpt” əldə edilən göstəriciləri analiz edərək faydalı məsləhətlər verən müvafiq əlavə vasitəsilə istifadəçinin mobil qurğuları ilə sinxronlaşdırılır. Bundan başqa, əlavə vasitəsilə istifadəçi öz bədəninin sağlamlıq statistikasına baxa bilər. Qurğunun sistemi istifadəçini mümkün əzələ travmaları barədə xəbərdar edir, hansı hərəkətlərin ondan yayınmağa kömək edə biləcəyini göstərir.
“Skulpt” qurğusunu istehsalçının rəsmi saytında 99 dollara sifariş etmək mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet