Tarix:27/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, diametri 500 metr olan radio teleskop Çinin cənubunda Quyçjou əyalətində yerləşir. Radio teleskopun inşasına 5 il vaxt sərf olunub və 180 milyon dollar məbləğində vəsait xərclənib.
“Sinxua” informasiya agentliyi rəsmən məlumat verib ki, yüzlərlə astronom və entuziast “FAST” radio teleskopunun işləmə prosesini müşahidə ediblər. Alimlər bildiriblər ki, “FAST” qravitasiya dalğaları, ulduz və qalaktikalardan gələn radio dalğalar və yerdən kənar həyat əlamətlərinin axtarışı ilə məşğul olacaq.
Radio teleskopun 4450 paneldən ibarət strukturunun qurulmasına 2011-ci ildə başlanılıb və iyulda işlər başa çatıb.
Radio teleskopun inşası zamanı 5 km radiusda yaşayan 8000-dən çox insan evlərindən köçürülüb. Kənd sakinlərinə büdcədən nağd və ya yeni evlər şəklində kompensasiya verilib.
Son sınaq zamanı teleskop Yer kürəsindən 1351 işıq ili məsafədə olan pulsardan siqnallar qəbul edib. Yeni radio teleskop Puerto Rikoda yerləşən Aresibo rəsədxanasından iki dəfə daha həssasdır və 5-10 dəfə daha sürətli çəkiliş edir.
Emil Hüseynov
Çində dünyanın ən böyük radio teleskopu öz işinə başlayıb
Dünyada ən böyük radio teleskop bazar günü ulduz və qalaktikalardan gələn siqnalların axtarışına başlayıb. Bu layihə Çinin kosmosla bağlı artan ambisiyalarını və ölkənin beynəlxalq elmi nüfuzunu nümayiş etdirir. Pekin belə iddialı elmi, həmçinin hərbi-kosmik proqram kimi layihələrə milyardlarla vəsait yatırır. Cari ayın əvvəlində Çin ikinci kosmik stansiyanı kosmosa buraxıb.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, diametri 500 metr olan radio teleskop Çinin cənubunda Quyçjou əyalətində yerləşir. Radio teleskopun inşasına 5 il vaxt sərf olunub və 180 milyon dollar məbləğində vəsait xərclənib.
“Sinxua” informasiya agentliyi rəsmən məlumat verib ki, yüzlərlə astronom və entuziast “FAST” radio teleskopunun işləmə prosesini müşahidə ediblər. Alimlər bildiriblər ki, “FAST” qravitasiya dalğaları, ulduz və qalaktikalardan gələn radio dalğalar və yerdən kənar həyat əlamətlərinin axtarışı ilə məşğul olacaq.
Radio teleskopun 4450 paneldən ibarət strukturunun qurulmasına 2011-ci ildə başlanılıb və iyulda işlər başa çatıb.
Radio teleskopun inşası zamanı 5 km radiusda yaşayan 8000-dən çox insan evlərindən köçürülüb. Kənd sakinlərinə büdcədən nağd və ya yeni evlər şəklində kompensasiya verilib.
Son sınaq zamanı teleskop Yer kürəsindən 1351 işıq ili məsafədə olan pulsardan siqnallar qəbul edib. Yeni radio teleskop Puerto Rikoda yerləşən Aresibo rəsədxanasından iki dəfə daha həssasdır və 5-10 dəfə daha sürətli çəkiliş edir.
Emil Hüseynov
Baxış sayı: 532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet