12px13px15px17px
Tarix:28/09/16

Dünyada 400 milyon qurğu “Windows 10” əməliyyat sistemi ilə işləyir

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin geniş yayılması üzrə tapşırığın 40%-ni yerinə yetirib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, proqram nəhənginin məlumatına əsasən, 26 sentyabr 2016-cı il tarixinədək dünyada 400 milyon aktiv qurğuya “Windows 10” sistemi qurulub. “Microsoft” şirkətinin nümayəndəsi bildirib ki, korporativ müştərilər “Windows”un digər versiyaları ilə müqayisədə yeni əməliyyat sisteminə daha sürətlə keçirlər.

“Windows 10” platforması 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim edilib. Bir ay sonra sözügedən platforma ilə işləyən kompüter və başqa qurğuların sayı 75 milyona yaxınlaşıb, on ay sonra bu göstərici 350 milyon təşkil edib. “Microsoft” korporasiyası 2018-ci ilədək müvafiq göstəricini 1 milyarda çatdırmağı qarşısına məqsəd qoyub.

“NetMarketShare” xidmətinin məlumatına görə, 2016-cı ilin avqustunda dünyadakı fərdi kompüterlərin 23%-nə “Windows 10” ƏS-i qurulub.

29 iyul 2016-cı il tarixində “Windows 7” və “8.1”sistemləri ilə işləyən kompüter sahibləri üçün bu platformanın pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq, “Windows 10” mövqeyini möhkəmləndirməyə davam edir.

Emil Hüseynov




Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024