Tarix:29/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, sentyabrın 28-də hər üç təşkilat nümayəndələrinin səyi nəticəsində yeni bazar analitik texnologiyası istifadəyə verilib. Məlumatların toplanması üçün “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən təşkilatların səhifələrindən istifadə olunur.
Məlumata görə, texnologiyaların sınaqlarına bu ilin fevralında başlanılıb, 22 ölkədən kiçik və orta biznesin 90 min nümayəndəsi 15 müxtəlif sorğu üzrə informasiya təqdim edib. Təşkilatların nümayəndələri sorğu vasitəsilə hansı amillərin kiçik sahibkarlığın inkişafına mane olmasını aydınlaşdırmağa çalışıblar. Əvvəllər bunun üçün çoxlu vaxt və pul, eləcə də bazar ekspertləri ilə görüşlərin keçirilməsi tələb olunub.
“Facebook” sayəsində Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müxtəlif ölkələrdə iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat əldə edib.
Nizam Nuriyev
“Facebook” və Dünya Bankı məlumatların toplanması və təhlili üçün birləşib
“Facebook” şirkəti bazarın vəziyyətini tez öyrənməyə imkan verəcək yeni məlumatların toplanması və təhlili üsulunun hazırlanması məqsədilə Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birləşib.“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, sentyabrın 28-də hər üç təşkilat nümayəndələrinin səyi nəticəsində yeni bazar analitik texnologiyası istifadəyə verilib. Məlumatların toplanması üçün “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən təşkilatların səhifələrindən istifadə olunur.
Məlumata görə, texnologiyaların sınaqlarına bu ilin fevralında başlanılıb, 22 ölkədən kiçik və orta biznesin 90 min nümayəndəsi 15 müxtəlif sorğu üzrə informasiya təqdim edib. Təşkilatların nümayəndələri sorğu vasitəsilə hansı amillərin kiçik sahibkarlığın inkişafına mane olmasını aydınlaşdırmağa çalışıblar. Əvvəllər bunun üçün çoxlu vaxt və pul, eləcə də bazar ekspertləri ilə görüşlərin keçirilməsi tələb olunub.
“Facebook” sayəsində Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müxtəlif ölkələrdə iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat əldə edib.
Nizam Nuriyev
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet