12px13px15px17px
Tarix:01/10/16

ABŞ startapı tamamilə təhlükəsiz kompüter təqdim edib

ABŞ-ın “Design SHIFT” startapı fiziki cəhətdən müdaxilə cəhdlərindən qorunmuş “ORWL” adlı kompüterin istehsalına vəsait toplayıb.

Müasir kompüterlərin əksəriyyətində məlumatların yalnız proqram təminatı tərəfindən müdafiəsi nəzərdə tutulub. Bu halda ən populyar qoruyucu üsul – istifadəçinin əməliyyat sistemində parolun köməyi ilə identifikasiyası məlumat daşıyıcısında olan məlumatları fiziki cəhətdən qorumağa kömək etmir.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, “ORWL” nettopu bir neçə müxtəlif sistemdən istifadə sayəsində məlumatların aparat və proqram müdafiəsini təmin edir. “NFC” çip və “Bluetooth” modullu simsiz tokenə malik istifadəçi kompüterə yaxın məsafədə olduğu halda qurğu işə düşəcək. Token istifadəçinin identifikasiyası və kompüterin işə salınması üçün nəzərdə tutulub. Tokeni kompüterdən siqnalın qəbul məsafəsi xaricinə çıxaran kimi təhlükəsizlik kontrolleri ekranı bloklayır və parol daxil edilməsini tələb edir. Beləliklə, haker “ORWL” nettopunu oğurladığı halda belə sistemə müdaxilə edə bilməyəcək.

Dekorativ korpusun daxilində keçirici şəbəkədən ibarət qoruyucu boks yerləşir. “MAX32550 DeepCover Secure Cortex-M3” adlı təhlükəsizlik kontrolleri daima keçirici şəbəkənin vəziyyətinə nəzarət edir və hər hansı bölmədə müqavimət dəyişilməsi zamanı “SSD” şifrlənməsi üçün istifadə edilən kriptoqrafiya açarını silir ki, bu da faktiki olaraq kompüterdəki bütün məlumatların həmişəlik silinməsi deməkdir. Beləliklə, “ORWL” kompüteri korpusun açılması və ya kəsilməsi, deşilməsi və ya kompüterin aparat təminatına başqa üsulla giriş üsulundan müdafiə edilib.

Qurğunun qiyməti onun versiyasından asılıdır. 699 dollarlıq standart versiya “Intel Skylake M3” prosessoru, 8 QB əməli yaddaş, 120 QB aparat şifrləməsinə malik “SSD” və “Ubuntu” əməliyyat sistemini nəzərdə tutur. Kompüter 2 ədəd “USB 3.0 Type C” portu, enerjidoldurma konnektoru və “micro HDMI” ilə təchiz edilib.

Emil Hüseynov






Baxış sayı: 1178

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024