12px13px15px17px
Tarix:05/10/16

Rabitə işçilərinin Respublika Spartakiadasında atletika üzrə yarışların qalibi bəlli oldu

Məlum olduğu kimi, sentyabrın 24-dən etibarən Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadasına start verilib.
 
Hazırda spartakiada çərçivəsində yarışlar davam edir. Yarışlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda və 500-dən artıq idmançı iştirak edir.
 
Spartakiada çərçivəsində ilk olaraq atletika üzrə yarış keçirilib.
 
Respublika Olimpiya Mərkəzinin stadionunda təşkil olunan yarışda nazirliyin Məlumat Hesablama Mərkəzi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radio Tezliklər İdarəsi, "Azərpoçt", "Aztelekom", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Teleradio İstehsalat Birliyinin komandaları iştirak edib.
 
Gərgin mübarizə şəraitində keçən yarışlarda Məlumat Hesablama Mərkəzinin təmsilçiləri fərqlənərək komanda hesabında qalib olublar.
 
 
Məlumat üçün bildirək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlar oktyabrın 25-nə qədər davam edəcək.




Baxış sayı: 1437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024