12px13px15px17px
Tarix:06/10/16

“WhatsApp” yeni funksiyalar təqdim edib

“WhatsApp” messenceri fotoşəkillərin redaktəsi üçün yeni funksiyalarını təqdim edib. İndi tətbiqin istifadəçiləri şəklin üzərinə mətn əlavə edə, rəngi və şrift üslubunu dəyişdirə, həmçinin rəsm çəkə bilərlər. Bu haqda şirkətin bloqunda məlumat verilib.
 

“ICTnews” Elektron Xəbər Xidməti “ufatime.ru” saytına istinadən yazır ki, bundan başqa, videonun yaxınlaşdırılması imkanı, mobil qurğunun ön və əsas kameraları arasında sürətli keçid etmək imkanı əlçatan olub: bunun üçün smartfonun ekranına ani anda iki dəfə sıxmaq lazımdır.

Ancaq yeni imkanlar hazırda yalnız “Android” qurğu istifadəçilərinə əlçatandır. “App Store” tətbiqlər mağazasında “iOS” platforması üçün versiya daha sonra yerləşdiriləcək.

Emil Hüseynov




Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024