Tarix:06/10/16
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Konfransda Türkiyə Respublikasının nümayəndəsi öz nitqində Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının regiona böyük təhlükə yaratdığını vurğulayaraq, bu stansiyanın tez bir zamanda bağlanmasını tələb edib.
Azərbaycan nümayəndə heyəti də çıxış zamanı Ermənistanın Atom Elektrik Stansiyasının yalnız Azərbaycan üçün yox, bütün region üçün böyük təhlükə olduğunu qeyd edib. Bu təhlükə stansiyanın köhnəlmiş texnologiyalardan istifadə etməsi və seysmik aktiv zonada yerləşməsi ilə əsaslandırılıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin AEBA-nın Avropa üzrə Texniki Əməkdaşlıq departamentinin rəhbəri Martin Krauze və bu departamentin əməkdaşı, Azərbaycan üzrə layihələr meneceri xanım Katya Düfre ilə görüşü keçirilib.
Görüşdə mövcud layihələrin icrası və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra MNTM-nin nümayəndələri Rusiyanın “Rosatom” və Argentinanın “İNVAP” şirkətinin nümayəndələri ilə görüşüblər.
Görüşlərdə nüvə elmləri və nüvə texnologiyaları sahələrində respublikamızda insan resurslarının inkişafı məsələsi müzakirə edilib.
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransında təmsil olunub
Azərbaycan Avstriyanın Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 60-cı Baş Konfransında təmsil olunub.Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Konfransda Türkiyə Respublikasının nümayəndəsi öz nitqində Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının regiona böyük təhlükə yaratdığını vurğulayaraq, bu stansiyanın tez bir zamanda bağlanmasını tələb edib.
Azərbaycan nümayəndə heyəti də çıxış zamanı Ermənistanın Atom Elektrik Stansiyasının yalnız Azərbaycan üçün yox, bütün region üçün böyük təhlükə olduğunu qeyd edib. Bu təhlükə stansiyanın köhnəlmiş texnologiyalardan istifadə etməsi və seysmik aktiv zonada yerləşməsi ilə əsaslandırılıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin AEBA-nın Avropa üzrə Texniki Əməkdaşlıq departamentinin rəhbəri Martin Krauze və bu departamentin əməkdaşı, Azərbaycan üzrə layihələr meneceri xanım Katya Düfre ilə görüşü keçirilib.
Görüşdə mövcud layihələrin icrası və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra MNTM-nin nümayəndələri Rusiyanın “Rosatom” və Argentinanın “İNVAP” şirkətinin nümayəndələri ilə görüşüblər.
Görüşlərdə nüvə elmləri və nüvə texnologiyaları sahələrində respublikamızda insan resurslarının inkişafı məsələsi müzakirə edilib.
Baxış sayı: 463
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet