12px13px15px17px
Tarix:26/09/11

“E-imza”nın tətbiqi hüquqi şəxslərin online qeydiyyatını aparmağa kömək edəcək

Gələn ildən etibarən Azərbaycanda hüquqi şəxslərin onlayn qeydiyyatına başlanacaq. Bu barədə Bakı şəhər Vergilər Departamentinin Vergi bəyannamələrinin qəbulu və işlənməsi idarəsinin rəhbəri Natiq Şirinov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron qeydiyyatı aparılır.

Vergilər Nazirliyi indi hüquqi şəxslərin də onlayn qeydiyyatı üzrə işləri tamamlayır ki, bu, ölkədə elektron imzanın tətbiqinin başlanması ilə mümkün olacaq. Hazırda ölkəmiz bu sahədə digər ölkələrin təcrübəsini öyrənir.

Sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi ilə şəxsi identifikasiya nömrəsinin əldə olunması internet vasitəsilə ərizə təqdim olunması ilə mümkün olacaq. Bu "vahid pəncərə" sisteminin inkişafına və Azərbaycanın investisiya imkanlarının yaxşılaşdırılmasına kömək edəcək.

"Vahid pəncərə" vasitəsilə ticarətin qeydiyyat sistemi 2008-ci ilin əvvəlindən tətbiq olunur və o, Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Vergilər Nazirliyi 2011-ci il iyul ayının 1-dən ilk dəfə hüquqi şəxs təşkil etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn qeydiyyatını həyata keçirib.

İlkin qiymətləndirmələrə görə, fiziki şəxslərin onlayn qeydiyyatının tətbiq olunması ildə təxminən bir milyon manata qənaət və qeydiyyat üçün sərf olunan vaxtın 2 gündən 2-3 dəqiqəyə qədər azaldılmasını təmin edəcək.



Baxış sayı: 1247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024