Tarix:11/10/16
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, Y.Amanonun sözlərinə görə, iki-üç il əvvəl atom elektrik stansiyalarından biri hakerlərin hücum obyektinə çevrilib. AEBA rəhbəri, həmçinin bir nəfərin qaçaqmalçılıq yolu ilə "çirkli bomba"nın hazırlanması üçün istifadə oluna biləcək az miqdarda zənginləşdirilmiş uranı keçirmək istəməsi insidenti barədə söz açıb.
"Bu, təsəvvüredilməz riskdir. Nüvə obyektlərinə qarşı həyata keçirilən kiberhücumlar probleminə çox ciddi yanaşmaq lazımdır. Biz heç vaxt tam informasiyaya malik olmağımızı və ya bunun yalnız aysberqin görünən tərəfi olmasını bilmirik", - o vurğulayıb.
Baş direktor insidentlər barədə ətraflı məlumat verməkdən imtina edərək kiberhücum nəticəsində atom elektrik stansiyasının fəaliyyətinin pozulmamasını qeyd edib. Onun sözlərinə görə, əvvəllər hücum haqqında geniş ictimaiyyətə məlumat verilməyib.
"Reuters" agentliyinin rəyini öyrəndiyi təhlükəsizlik üzrə bir sıra ekspertlərin sözlərinə görə, terrorçular nüvə reaktorunu partlada bilməzlər, lakin nüvə obyektlərində istifadə edilən proqram təminatında təkrar istifadə edilə biləcək boşluqlar mövcuddur.
Nizam Nuriyev
AEBA rəhbəri nüvə obyektlərinə kiberhücumların artan təhlükəsindən narahatdır
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano nüvə obyektlərinə yönələn ciddi kiberhücumlardan narahatdır. O, bu barədə "Reuters" informasiya agentliyinə müsahibədə bildirib."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, Y.Amanonun sözlərinə görə, iki-üç il əvvəl atom elektrik stansiyalarından biri hakerlərin hücum obyektinə çevrilib. AEBA rəhbəri, həmçinin bir nəfərin qaçaqmalçılıq yolu ilə "çirkli bomba"nın hazırlanması üçün istifadə oluna biləcək az miqdarda zənginləşdirilmiş uranı keçirmək istəməsi insidenti barədə söz açıb.
"Bu, təsəvvüredilməz riskdir. Nüvə obyektlərinə qarşı həyata keçirilən kiberhücumlar probleminə çox ciddi yanaşmaq lazımdır. Biz heç vaxt tam informasiyaya malik olmağımızı və ya bunun yalnız aysberqin görünən tərəfi olmasını bilmirik", - o vurğulayıb.
Baş direktor insidentlər barədə ətraflı məlumat verməkdən imtina edərək kiberhücum nəticəsində atom elektrik stansiyasının fəaliyyətinin pozulmamasını qeyd edib. Onun sözlərinə görə, əvvəllər hücum haqqında geniş ictimaiyyətə məlumat verilməyib.
"Reuters" agentliyinin rəyini öyrəndiyi təhlükəsizlik üzrə bir sıra ekspertlərin sözlərinə görə, terrorçular nüvə reaktorunu partlada bilməzlər, lakin nüvə obyektlərində istifadə edilən proqram təminatında təkrar istifadə edilə biləcək boşluqlar mövcuddur.
Nizam Nuriyev
Baxış sayı: 582
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet