Tarix:12/10/16
"Bulud robot texnikası"nın əsasını neyroşəbəkə təşkil edir və o, yerinə yetirilən əməliyyatların ardıcıllığını müəyyən edərək yadda saxlayır, həmçinin avtomatlaşdırma prosesinə və informasiyanın ötürülməsinə cavabdehdir. Neyron şəbəkələri əsasında işləyən robotlara istənilən tapşırıq vermək olar və süni beyin öz həll yollarını tapacaq. Bu əməliyyatların bir neçə dəfə icrasından sonra robot optimal alqoritm hazırlayaraq onu başqa robotlara ötürəcək. Beləliklə, təkmilləşdirmə prosesi davam edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Google Research” şirkətinin alimləri öz alqoritmlərini müxtəlif tapşırıqları yerinə yetirən robotlar üzərində sınaqdan keçiriblər: qapıların açılması, sinidəki əşyaların öyrənilməsi.
Birinci halda robot qapının açılmasına xeyli vaxt sərf edib. Amma sonrakı robotlar bu alqoritmdən istifadə edərək qapını asanlıqla açıblar.
Sini ilə bağlı təcrübədə robotlar bir neçə saat ərzində predmetlər arasında əlaqələri öyrəniblər (məsələn, çaynik - fincan - şəkər: insanlara bu əlaqə məlumdur, robotlar isə öyrənməli olublar).
Ən maraqlı anlardan biri robotlardan birini tamamilə başqa tipli cəftəyə malik qapını açmağa məcbur etdikdə onun bu tapşırığın öhdəsindən gəlməsi olub.
Emil Hüseynov
Robotlar öz biliklərini digər robotlarla paylaşırlar
“Google” şirkəti son zamanlar "bulud robot texnikası" sahəsində işlərlə məşğuldur."Bulud robot texnikası"nın əsasını neyroşəbəkə təşkil edir və o, yerinə yetirilən əməliyyatların ardıcıllığını müəyyən edərək yadda saxlayır, həmçinin avtomatlaşdırma prosesinə və informasiyanın ötürülməsinə cavabdehdir. Neyron şəbəkələri əsasında işləyən robotlara istənilən tapşırıq vermək olar və süni beyin öz həll yollarını tapacaq. Bu əməliyyatların bir neçə dəfə icrasından sonra robot optimal alqoritm hazırlayaraq onu başqa robotlara ötürəcək. Beləliklə, təkmilləşdirmə prosesi davam edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Google Research” şirkətinin alimləri öz alqoritmlərini müxtəlif tapşırıqları yerinə yetirən robotlar üzərində sınaqdan keçiriblər: qapıların açılması, sinidəki əşyaların öyrənilməsi.
Birinci halda robot qapının açılmasına xeyli vaxt sərf edib. Amma sonrakı robotlar bu alqoritmdən istifadə edərək qapını asanlıqla açıblar.
Sini ilə bağlı təcrübədə robotlar bir neçə saat ərzində predmetlər arasında əlaqələri öyrəniblər (məsələn, çaynik - fincan - şəkər: insanlara bu əlaqə məlumdur, robotlar isə öyrənməli olublar).
Ən maraqlı anlardan biri robotlardan birini tamamilə başqa tipli cəftəyə malik qapını açmağa məcbur etdikdə onun bu tapşırığın öhdəsindən gəlməsi olub.
Emil Hüseynov
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı