12px13px15px17px
Tarix:27/09/11

Vergilər elektron şəkildə ödəniləcək

Bu ilin sonuna qədər Azərbaycanda vergilərin elektron şəkildə ödənilməsinin tətbiqinə başlanacaq. Bu barədə Bakı şəhər Vergilər Departamentinin Vergi bəyannamələrinin qəbulu və işlənməsi idarəsinin rəhbəri Natiq Şirinov deyib.

Layihə Maliyyə Nazirliyi və Mərkəzi Bank ilə birgə hazırlanır. Hazırda layihənin həyata keçirilməsinin müxtəlif texniki şərtləri və elektron ödəmə həyata keçirən vergi ödəyicilərinə tətbiq olunacaq tariflərin ölçüləri müzakirə olunur.

Onun sözlərinə görə, elektron bank xidmətlərinin köməyi ilə bütün növ vergilərin ödənilməsinin texniki parametrlərinin razılaşdırılması 2011-ci ilin sonunadək tamamlanacaq.

Nağd olmayan hesabların stimullaşdırılması üçün Maliyyə Nazirliyi və Mərkəzi Bank əməkdaşlarından ibarət işçi qrup yaradılıb.

Nağd olmayan hesabların stimullaşdırılması üçün görülən tədbirlərin şəffaflığı artıracağı və bank sektorunun inkişafına kömək edəcəyi gözlənilir.



Baxış sayı: 1560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024