12px13px15px17px
Tarix:15/10/16

Yeməyin dadını dəyişdirən çəngəl hazırlanıb

London Universitetində professor Edrian Çeokanın rəhbərliyi altında işləyən mütəxəssislər tərəfindən hazırlanmış “Taste Buddy” adlı qeyri-adi çəngəl məhsulların dadını dəyişdirmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, çəngəl tərəfindən buraxılan zəif elektrik cərəyanı insan orqanizmi üçün təhlükəsizdir, ancaq ağız boşluğunda yerləşən reseptorlar bu cərəyana qarşı həssasdır.

Çəngəl yeməyi daha dadlı və ya daha duzlu edə bilir.

“Ağıllı” çəngəlin işlək prototipi Birminhemdə gənc alim və mühəndislərin yarmarkasında (“The Big Bang UK”) təqdim edilib. İstehsalçılar iddia edir ki, “Taste Buddy” çəngəlinin yaradılmasında əsas məqsəd daha sağlam qidalanmanı təmin etməkdir. Qurğudan istifadə edən insanlar daha az duz və şəkər istifadə edirlər. Bu, həzm, endokrin və ürək-damar sisteminin işinə çox yaxşı təsir edir, artıq çəkidən xilas olmağa kömək edir.

Emil Hüseynov




Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024