Tarix:18/10/16
Bundan əvvəl 2016-cı ilin aprelində buraxılmış və qalınlığı 10.4 mm təşkil edən “HP” şirkətinin “Spectre” cihazı dünyada ən nazik noutbuk hesab edilirdi. Hər iki qurğu “Apple” şirkətinin “MacBook” noutbukunu (qalınlığı 13 mm təşkil edir) geridə qoyur.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Swift 7” noutbukunun istehsalçıları qalınlıq naminə məhsuldarlığı azaltmalı, həmçinin “RJ-45” kabel şəbəkə konnektoru, standart “USB” portu, “HDMI”, “DisplayPort” videoçıxışından və enerjidoldurma konnektorundan imtina etməli olublar. 2 ədəd “USB 3.1 Type-C” portu ilə əvəz edilib. Mikrofon və qulaqlıqlar üçün standart konnektorlar saxlanılıb.
Noutbuk 1.2/3.2 takt tezlikli yeddinci nəsil ikinüvəli “Intel Core i5-7Y54” prosessoru əsasında yaradılmışdır. Əməli yaddaşın tutumu 8 QB, daxili yaddaş isə 256 QB-dır. 300-950 MHs tezlikli “Intel HD 615” qrafik prosessorundan istifadə edilib.
“Swift 7” noutbuku 13.3 düym (1920 x 1080 piksel) diaqonallı ekranla təchiz edilib. “Corning Gorilla Glass” qoruyucu örtüsü istifadə edilib.
Qurğu 1280 x 720 piksel təsvir ölçülü veb-kamera, “802.11ac MU-MIMO” “Wi-Fi” çipi və “Bluetooth 4.0” texnologiyası ilə təchiz edilib. Akkumulyatorun tutumu 2770 milliamper/saatdır. İstehsalçıların sözlərinə görə, noutbuk 9 saat avtonom işləyir.
Emil Hüseynov
Dünyada ən nazik noutbukun satışlarına başlanılıb
Tayvanın “Acer” şirkəti indi dünyada ən nazik noutbuk hesab edilən “Swift 7” qurğusunun satışlarına başlayıb. Cihazın qalınlığı 9.9 mm, çəkisi 1.12 kq-dır. “Swift 7” noutbuku “Amazon” internet mağazasında 999,99 dollara satılacaq.Bundan əvvəl 2016-cı ilin aprelində buraxılmış və qalınlığı 10.4 mm təşkil edən “HP” şirkətinin “Spectre” cihazı dünyada ən nazik noutbuk hesab edilirdi. Hər iki qurğu “Apple” şirkətinin “MacBook” noutbukunu (qalınlığı 13 mm təşkil edir) geridə qoyur.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Swift 7” noutbukunun istehsalçıları qalınlıq naminə məhsuldarlığı azaltmalı, həmçinin “RJ-45” kabel şəbəkə konnektoru, standart “USB” portu, “HDMI”, “DisplayPort” videoçıxışından və enerjidoldurma konnektorundan imtina etməli olublar. 2 ədəd “USB 3.1 Type-C” portu ilə əvəz edilib. Mikrofon və qulaqlıqlar üçün standart konnektorlar saxlanılıb.
Noutbuk 1.2/3.2 takt tezlikli yeddinci nəsil ikinüvəli “Intel Core i5-7Y54” prosessoru əsasında yaradılmışdır. Əməli yaddaşın tutumu 8 QB, daxili yaddaş isə 256 QB-dır. 300-950 MHs tezlikli “Intel HD 615” qrafik prosessorundan istifadə edilib.
“Swift 7” noutbuku 13.3 düym (1920 x 1080 piksel) diaqonallı ekranla təchiz edilib. “Corning Gorilla Glass” qoruyucu örtüsü istifadə edilib.
Qurğu 1280 x 720 piksel təsvir ölçülü veb-kamera, “802.11ac MU-MIMO” “Wi-Fi” çipi və “Bluetooth 4.0” texnologiyası ilə təchiz edilib. Akkumulyatorun tutumu 2770 milliamper/saatdır. İstehsalçıların sözlərinə görə, noutbuk 9 saat avtonom işləyir.
Emil Hüseynov
Baxış sayı: 593
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet