12px13px15px17px
Tarix:27/09/11

“YouTube” 2012-ci ilin əvvəlində televiziya ilə rəqabət aparacaq

“The Wall Street Journal” bildirib ki, “Google” şirkəti orijinal məzmun təchizatçıları ilə danışıqların son mərhələsindədir. Şirkət 2012-ci ilin əvvəlində “YouTube”-un 12 yeni kanalını istifadəyə verəcək.

Hesab edilir ki, “YouTube” ənənəvi televiziya kanalları ilə rəqabət aparacaq. “YouTube” kanallarında daim dəb, idman və digər mövzulara həsr edilmiş yeni proqramlar olacaq.

“Google”-un “YouTube”-u televiziyaya çevirmək istəyi haqqında ilk informasiya yazda çıxıb. O zaman bildirilirdi ki, internet-nəhəng peşəkar verilişlərlə olan təxminən 20 yeni kanal istifadəyə verəcək.



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024