Tarix:24/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, avtomobillərin qarşılıqlı əlaqəsi üzrə yeni texnologiyalar “UK AutoDrive” layihəsi çərçivəsində hazırlanır. Layihənin direktoru bildirir ki, hər saniyə bir-biri ilə məlumat mübadiləsi edən avtomobillər yol hərəkətinin təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə, nəqliyyat axınının yaxşılaşmasına, həmçinin parklama yerlərinin daha səmərəli istifadəsinə imkan yaradacaq.
Avtomobillər təqdimetmə zamanı digər avtomobilləri tormozlama zərurəti haqda xəbərdar etmək qabiliyyətini göstərib. Bu funksiya təhlükəsizliyin təmini üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, dumanlı hava şəraitində sözügedən funksiya əvəzedilməzdir, çünki sürücülər irəlini görmürlər. Bundan başqa, sürücüsüz hərəkət edən avtomobillər işıqforla bağlı məlumat mübadiləsini öyrəniblər. Bu texnologiyanın reallaşdırılması nəqliyyat axınının səmərəliyini yüksəltməyə kömək edəcək və gələcəkdə atmosferə atılan zərərli tullantıların həcminin azalmasına səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, “Jaguar Land Rover” şirkəti təqdimetmə zamanı sürücüsüz işləyən sistemin yeni funksionalını nümayiş etdirib: belə ki, indi yolda aşağı sürətlə hərəkət edən avtomobilləri ötə bilər.
Emil Hüseynov
Sürücüsüz avtomobillərin öz aralarında “ünsiyyət” qura bilməsinə imkan verən texnologiya hazırlanıb
Böyük Britaniyada bir neçə avtomobil istehsalçısının əməkdaşlığı çərçivəsində sürücüsüz avtomobillərin öz aralarında “ünsiyyət” qurmasına imkan verən texnologiyalar işlənib hazırlanıb.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, avtomobillərin qarşılıqlı əlaqəsi üzrə yeni texnologiyalar “UK AutoDrive” layihəsi çərçivəsində hazırlanır. Layihənin direktoru bildirir ki, hər saniyə bir-biri ilə məlumat mübadiləsi edən avtomobillər yol hərəkətinin təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə, nəqliyyat axınının yaxşılaşmasına, həmçinin parklama yerlərinin daha səmərəli istifadəsinə imkan yaradacaq.
Avtomobillər təqdimetmə zamanı digər avtomobilləri tormozlama zərurəti haqda xəbərdar etmək qabiliyyətini göstərib. Bu funksiya təhlükəsizliyin təmini üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, dumanlı hava şəraitində sözügedən funksiya əvəzedilməzdir, çünki sürücülər irəlini görmürlər. Bundan başqa, sürücüsüz hərəkət edən avtomobillər işıqforla bağlı məlumat mübadiləsini öyrəniblər. Bu texnologiyanın reallaşdırılması nəqliyyat axınının səmərəliyini yüksəltməyə kömək edəcək və gələcəkdə atmosferə atılan zərərli tullantıların həcminin azalmasına səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, “Jaguar Land Rover” şirkəti təqdimetmə zamanı sürücüsüz işləyən sistemin yeni funksionalını nümayiş etdirib: belə ki, indi yolda aşağı sürətlə hərəkət edən avtomobilləri ötə bilər.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı