Tarix:25/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti tərəfindən Cənubi Koreyada geri çağırılmış “Note7” cihazının sahiblərinə təklif edilmiş xidmət partlama təhlükəsi olan “Note7” qurğusunun indi “Galaxy S7”-yə dəyişdirilməsi şərti ilə gələn il “Galaxy S8” və ya “Note8” qurğularına güzəştli təkmilləşdirmə nəzərdə tutur. Bu şərtlərə razılaşan istifadəçilər 2018-ci ildə öz qurğularını təhvil verərək yenisini yarı qiymətinə almaq imkanı əldə edəcəklər.
Belə imkan, hələ ki, yalnız Cənubi Koreyada əlçatandır. Daha sonra başqa bazarlarda da tətbiq edilə bilər. Bu, hər bir ölkədə mövcud olan vəziyyətdən asılı olacaq.
“Samsung” artıq 2016-cı ilin 4-cü rübünə proqnozunu azaldıb. İndi 5.2 trilyon von məbləğində xalis mənfəət gözlənilir. Əvvəl bu göstərici 7.8 trilyon von idi.
Cənubi Koreya şirkəti Koreyada “Note7” qurğusunun başqa “Galaxy” qurğu ilə dəyişdirilməsinə 100 min von (təxminən 88 dollar), ABŞ-da 100 dollar təklif edir.
Cari ilin avqustunda nümayiş etdirilmiş “Galaxy Note7” qurğusu haqda mətbuatda olduqca müsbət fikirlər yazılmışdı. Batareyanın alışıb yanması riski “iPhone 7”-nin əsas rəqibi hesab edilən fabletin uğuruna kölgə saldı. “Samsung” bu vəziyyəti düzəltməyə çalışıb: şirkət artıq satılmış 2.5 milyon qurğunu geri çağıraraq onları yenisi ilə dəyişib. Ancaq məlum olub ki, hətta yeni partiyadan olan modellər də alışıb yanmağa meyillidir.
Emil Hüseynov
“Samsung” şirkəti “Note” brendindən imtina etmək fikrində deyil
Hazırda qabaqcıl “Note7” fabletləri ilə bağlı mövcud problemə baxmayaraq, “Samsung” şirkəti 2011-ci ildə işə salınmış məşhur istehsal xəttini bağlamaq niyyətində deyil. “Note7” qurğusunda batareyanın alışıb yanması riski səbəbindən yaranmış qalmaqal brendin nüfuzuna ciddi zərər vurub, ancaq Cənubi Koreya şirkəti öz reputasiyasını düzəltməyə çalışır.“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti tərəfindən Cənubi Koreyada geri çağırılmış “Note7” cihazının sahiblərinə təklif edilmiş xidmət partlama təhlükəsi olan “Note7” qurğusunun indi “Galaxy S7”-yə dəyişdirilməsi şərti ilə gələn il “Galaxy S8” və ya “Note8” qurğularına güzəştli təkmilləşdirmə nəzərdə tutur. Bu şərtlərə razılaşan istifadəçilər 2018-ci ildə öz qurğularını təhvil verərək yenisini yarı qiymətinə almaq imkanı əldə edəcəklər.
Belə imkan, hələ ki, yalnız Cənubi Koreyada əlçatandır. Daha sonra başqa bazarlarda da tətbiq edilə bilər. Bu, hər bir ölkədə mövcud olan vəziyyətdən asılı olacaq.
“Samsung” artıq 2016-cı ilin 4-cü rübünə proqnozunu azaldıb. İndi 5.2 trilyon von məbləğində xalis mənfəət gözlənilir. Əvvəl bu göstərici 7.8 trilyon von idi.
Cənubi Koreya şirkəti Koreyada “Note7” qurğusunun başqa “Galaxy” qurğu ilə dəyişdirilməsinə 100 min von (təxminən 88 dollar), ABŞ-da 100 dollar təklif edir.
Cari ilin avqustunda nümayiş etdirilmiş “Galaxy Note7” qurğusu haqda mətbuatda olduqca müsbət fikirlər yazılmışdı. Batareyanın alışıb yanması riski “iPhone 7”-nin əsas rəqibi hesab edilən fabletin uğuruna kölgə saldı. “Samsung” bu vəziyyəti düzəltməyə çalışıb: şirkət artıq satılmış 2.5 milyon qurğunu geri çağıraraq onları yenisi ilə dəyişib. Ancaq məlum olub ki, hətta yeni partiyadan olan modellər də alışıb yanmağa meyillidir.
Emil Hüseynov
Baxış sayı: 600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet