Tarix:26/10/16
“Eyefluence” şirkəti Cim Marqqraff tərəfindən təsis edilib. Startapın məqsədi kompüteri istifadəçinin göz almalarının hərəkətlərini tanımağı öyrətməkdir ki, bu da virtual reallıq obrazlarını ləngimə olmadan dəyişdirməyə, əsl və virtual obyektləri artırılmış reallıqda kombinasiya etməyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, son zamanlar “Google” şirkəti “VR” texnologiyaları üzərində aktiv işlər aparır. 2016-cı ilin mayında şirkət “VR” proqramlarının yaradılması üçün “Daydream” platformasını təqdim edib və məlumat verib ki, “Play Store”, “Google Photo”, “Google Street View” və “YouTube” daxil olmaqla bir sıra xidmətlərini virtual formata uyğunlaşdırmağa hazırlaşır.
İnternet nəhəngi cari ilin oktyabrında “Daydream View” virtual reallıq eynəyini təqdim edib. Eynək smartfonla birgə istifadə olunur.
Eynək istifadəçinin əllərinin hərəkətini izləyən kontrollerlə birgə tədarük olunur və “Bluetooth” vasitəsilə smartfonu idarə etməyə imkan verir. Çox güman ki şirkət gələcəkdə əl hərəkətlərinin köməyi ilə idarəetməni gözlərin köməyi ilə idarəetmə ilə əvəz etməyə hazırlaşır.
Emil Hüseynov
Yaxın gələcəkdə gözlərin köməyilə kompüterləri idarə etmək reallığa çevriləcək
“Google” şirkəti gözlərin hərəkətinin köməyi ilə kompüteri idarəetmə üzrə ixtisaslaşmış ABŞ-ın “Eyefluence” startapını satın alıb. İnternet nəhəngi “Eyefluence” startapının həllindən virtual reallıqla bağlı layihələrin inkişafında istifadə etməyə hazırlaşır.“Eyefluence” şirkəti Cim Marqqraff tərəfindən təsis edilib. Startapın məqsədi kompüteri istifadəçinin göz almalarının hərəkətlərini tanımağı öyrətməkdir ki, bu da virtual reallıq obrazlarını ləngimə olmadan dəyişdirməyə, əsl və virtual obyektləri artırılmış reallıqda kombinasiya etməyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, son zamanlar “Google” şirkəti “VR” texnologiyaları üzərində aktiv işlər aparır. 2016-cı ilin mayında şirkət “VR” proqramlarının yaradılması üçün “Daydream” platformasını təqdim edib və məlumat verib ki, “Play Store”, “Google Photo”, “Google Street View” və “YouTube” daxil olmaqla bir sıra xidmətlərini virtual formata uyğunlaşdırmağa hazırlaşır.
İnternet nəhəngi cari ilin oktyabrında “Daydream View” virtual reallıq eynəyini təqdim edib. Eynək smartfonla birgə istifadə olunur.
Eynək istifadəçinin əllərinin hərəkətini izləyən kontrollerlə birgə tədarük olunur və “Bluetooth” vasitəsilə smartfonu idarə etməyə imkan verir. Çox güman ki şirkət gələcəkdə əl hərəkətlərinin köməyi ilə idarəetməni gözlərin köməyi ilə idarəetmə ilə əvəz etməyə hazırlaşır.
Emil Hüseynov
Baxış sayı: 705
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet