12px13px15px17px
Tarix:27/10/16

Süni intellekt alqoritmlərindən istifadə edən interaktiv köməkçi təqdim edilib

Bu gün istifadəçi ilə qarşılıqlı ünsiyyət üçün süni intellektə əsaslanan alqoritmlərdən istifadə edən interaktiv köməkçi ilə heç kimi təəccübləndirmək olmaz.

Bütün nəhəng şirkətlərin şəxsi smartfonunda belə assistent mövcuddur: "Microsoft"da "Cortana", "Google"da "Google Assistant" və ya "Apple"da "Siri" interaktiv köməkçiləri. Bu yaxınlarda bu üçlüyə Karneqi Mellon Universitetinin ekspertləri tərəfindən hazırlanmış "S.A.R.A" ("Socially Aware Robot") adlı daha bir köməkçi əlavə olunub. "S.A.R.A" köməkçisi digərlərindən fərqli olaraq, öz-özünə öyrənmə, sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarına malikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, "S.A.R.A" köməkçisi kamera və mikrofonun köməyi ilə yalnız insan tərəfindən verilmiş sorğuları müəyyənləşdirmir, həm də onun vəziyyətini təhlil etmək qabiliyyətinə malikdir. Bu sistemin yaradıcılarından biri olan professor Castin Kassel deyir:
"Bizim sistemimiz sizin hərəkətlərinizə uyğun olaraq düzəliş edir və sistem bir neçə düzəlişdən sonra ən optimal davranış xəttini seçir. Bu, bir ilkdir".






























Qeyd edək ki, "S.A.R.A." köməkçisi öz animasiyası, mimikası və əl-qol hərəkətlərinə malik avatar formasındadır.

"S.A.R.A" interaktiv köməkçisi ilə danışmaq imkanı əldə etmiş şəxslər əmin edirlər ki, assistent tərəfindən təqdim edilən informasiya digər virtual köməkçilərdən geri qalmır. Amma vizual görüntü ünsiyyəti daha maraqlı edir.

Emil Hüseynov




Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024