Tarix:27/10/16
Baş Konsulluğun təşəbbüsü ilə "Jewish Journal" qəzetində bloqu yaradılan Dürdanə Ağayeva cari ilin 26 iyul tarixində nəşr olunan "Daha yaxşı dünya üçün kollektiv yəhudi və müsəlman öhdəliyi" adlı ilk məqaləsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və Xocalıda başına gələn dəhşətli hadisələrdən bəhs edib. Xocalı soyqırımı zamanı əsir götürülərək bir çox işgəncələrə məruz qaldığını yazan müəllif, azad edildikdən sonra bu günə qədər uzunmüddətli müalicə yolu keçdiyini və onun müalicə xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığını bildirir.
29 avqust 2016-cı il tarixində dərc olunan növbəti məqaləsində isə müəllif ölkəmizdə qadınların rolu və onların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti haqda məlumat verir.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən D.Ağayeva bu gün dünyanın bir çox ölkələrində baş verən xoşagəlməz hadisələrin, terror aktlarının din ilə əlaqələndirilməsinin doğru olmadığını bildirərək, buna bariz sübut kimi vətənində müsəlman, yəhudi və xristianların bir ailədə, icmada yaşadıqlarını qeyd edir.
Qadın haqlarının Azərbaycanda qədim və şərəfli tarixə malik olduğunu söyləyən müəllif, Rusiya İmperiyasında ilk dünyəvi müsəlman qızlar məktəbinin məhz 1901-ci ildə Bakıda fəaliyyətə başladığını və Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1919-cu ildə, ABŞ-da olduğundan da bir il öncə verildiyini qeyd edərək, bu gün ölkəsindəki elmlər namizədlərinin 50%-dən çoxunu qadınların təşkil etdiyini bildirir.
Məqalədə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın gördüyü qlobal işlər haqda geniş məlumat verilir.
Yazıda ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyova haqda məlumat verən müəllif onun Qafqaz , Cənubi Avropa və Yaxın Şərqdə ilk təyyarəçi qadın olduğunu diqqətə çatdırır.
Müəllif, həmçinin Ali Məhkəmənin hakimi, yəhudi əsilli Tatyana Qoldman, Milli Məclisin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva haqda söhbət açır. D.Ağayeva, Milli Məclisin sədr müavini Bahar Muradova da daxil olmaqla 125 üzvündən 21-nin qadın olduğunu bildirərək, bu göstəricinin ABŞ Konqresi ilə müqayisə oluna biləcəyini vurğulayır.
Məlumat üçün bildirək ki, ötən il Dürdanə Ağayeva Los-Ancelesə səfəri zamanı yerli dini icma nümayəndələri, xüsusən də yəhudi icması ilə bir sıra görüşlər keçirmiş, Xocalıda başına gələnlər haqda onlara məlumat vermişdir.
Rabitəçi yəhudi dərgisində Xocalı soyqırımı və Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan yazdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin əməkdaşı, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan, 4.5 milyon oxucu auditoriyasına malik "Jewish Journal" qəzetində "Məktəbə qayıdış: açıq və geniş dünya ilə üz-üzə" adlı növbəti məqaləsi dərc olunub.Baş Konsulluğun təşəbbüsü ilə "Jewish Journal" qəzetində bloqu yaradılan Dürdanə Ağayeva cari ilin 26 iyul tarixində nəşr olunan "Daha yaxşı dünya üçün kollektiv yəhudi və müsəlman öhdəliyi" adlı ilk məqaləsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və Xocalıda başına gələn dəhşətli hadisələrdən bəhs edib. Xocalı soyqırımı zamanı əsir götürülərək bir çox işgəncələrə məruz qaldığını yazan müəllif, azad edildikdən sonra bu günə qədər uzunmüddətli müalicə yolu keçdiyini və onun müalicə xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığını bildirir.
29 avqust 2016-cı il tarixində dərc olunan növbəti məqaləsində isə müəllif ölkəmizdə qadınların rolu və onların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti haqda məlumat verir.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən D.Ağayeva bu gün dünyanın bir çox ölkələrində baş verən xoşagəlməz hadisələrin, terror aktlarının din ilə əlaqələndirilməsinin doğru olmadığını bildirərək, buna bariz sübut kimi vətənində müsəlman, yəhudi və xristianların bir ailədə, icmada yaşadıqlarını qeyd edir.
Qadın haqlarının Azərbaycanda qədim və şərəfli tarixə malik olduğunu söyləyən müəllif, Rusiya İmperiyasında ilk dünyəvi müsəlman qızlar məktəbinin məhz 1901-ci ildə Bakıda fəaliyyətə başladığını və Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1919-cu ildə, ABŞ-da olduğundan da bir il öncə verildiyini qeyd edərək, bu gün ölkəsindəki elmlər namizədlərinin 50%-dən çoxunu qadınların təşkil etdiyini bildirir.
Məqalədə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın gördüyü qlobal işlər haqda geniş məlumat verilir.
Yazıda ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyova haqda məlumat verən müəllif onun Qafqaz , Cənubi Avropa və Yaxın Şərqdə ilk təyyarəçi qadın olduğunu diqqətə çatdırır.
Müəllif, həmçinin Ali Məhkəmənin hakimi, yəhudi əsilli Tatyana Qoldman, Milli Məclisin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva haqda söhbət açır. D.Ağayeva, Milli Məclisin sədr müavini Bahar Muradova da daxil olmaqla 125 üzvündən 21-nin qadın olduğunu bildirərək, bu göstəricinin ABŞ Konqresi ilə müqayisə oluna biləcəyini vurğulayır.
Məlumat üçün bildirək ki, ötən il Dürdanə Ağayeva Los-Ancelesə səfəri zamanı yerli dini icma nümayəndələri, xüsusən də yəhudi icması ilə bir sıra görüşlər keçirmiş, Xocalıda başına gələnlər haqda onlara məlumat vermişdir.
Baxış sayı: 1513
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet