Tarix:28/10/16
Yenilənmiş “MacBook Pro” noutbukları 13 və 15 düymlük displeylərlə təchiz edilib. Cihazların korpusu alüminium materialından hazırlanıb, qurğular daha nazik və yüngül olub. 13 düymlük noutbuk modelinin qalınlığı 14.9 mm təşkil edir, halbuki əvvəlki nəsil modelin qalınlığı 18 mm idi. Bundan başqa, noutbukun ölçüsü 23%, çəkisi isə 200 qr azalıb. İndi 13 düymlük leptopun çəkisi 1.35 kq-dır. 15 düymlük “MacBook Pro” noutbuk modelinin qalınlığı isə indi 15 mm-dir. Bu noutbukun ölçüsü 20%, çəkisi isə 200 qr azalaraq 1.8 kq təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.ru” saytına istinadən yazır ki, noutbukların ekranı 67% daha parlaq və daha kontrast olublar və 25% daha çox rəng əks etdirirlər. Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, displeylərin enerji sərfiyyatını 30% azaltmağa nail olublar.
“MacBook Pro” noutbuklarında əsas yenilik klaviaturadan yuxarıda yerləşən və ənənəvi funksional klavişləri (F1-F12) əvəz edən sensor panel olub. Bu panel “OLED” texnologiyası üzrə hazırlanmış “Retina” displeydən ibarətdir və cari anda qurğuda işə salınmış proqramdan asılı olaraq müxtəlif düymə və ya simvolları göstərmək qabiliyyətinə malikdir. Bundan başqa, panel mətnin yığımı zamanı növbəti sözü təklif edə bilər, qrafik redaktorla işlədikdə isə rəng palitrasına çevrilir.
Panelin sağ tərəfinə noutbuku blokdan çıxarmağa, bir profildən başqasına keçid etməyə və ya internetdə alış-verişin haqqını ödəməyə imkan verən “Touch ID” barmaq izi sensoru qurulub. Bundan başqa, yenilənmiş noutbuklar əvvəlki nəsillə müqayisədə daha böyük taçpadla təchiz ediliblər.
13 düymlük versiya altıncı nəsil dördnüvəli “Intel Core i5” və ya “i7” prosessorları, “Iris Pro” videokartı ilə təchiz edilir. Daxili “SSD” daşıyıcının tutumu 2 TB təşkil edir. 15 düymlük model “Core i7” prosessoru, müvafiq tutumlu “SSD” daşıyıcı və 4 QB tutuma malik “ATI Radeon Pro” videokartı ilə təchiz edilib. Hər iki noutbuk modelində avtonom iş vaxtı 10 saatadək təşkil edir.
“MacBook Pro” noutbukunun hər iki versiyası 4 ədəd “Thunderbolt 3 USB Type-C” portu və qulaqlıqlar üçün 3.5 mm-lik konnektorla təchiz edilib. “Apple” şirkətinin yeni noutbuk modellərində başqa konnektorlar nəzərdə tutulmayıb.
13 düymlük modelin qiyməti 1499 dollardan başlayacaq. 15 düymlük “MacBook Pro” modelinin qiyməti isə 2399 dollar təşkil edəcək.
Emil Hüseynov
Yeni “MacBook Pro” noutbukları təqdim edilib
Oktyabrın 27-də “Apple” şirkəti ikinci payız təqdimatını keçirərək yenilənmiş “MacBook Pro” noutbuklarını ictimaiyyətə təqdim edib.Yenilənmiş “MacBook Pro” noutbukları 13 və 15 düymlük displeylərlə təchiz edilib. Cihazların korpusu alüminium materialından hazırlanıb, qurğular daha nazik və yüngül olub. 13 düymlük noutbuk modelinin qalınlığı 14.9 mm təşkil edir, halbuki əvvəlki nəsil modelin qalınlığı 18 mm idi. Bundan başqa, noutbukun ölçüsü 23%, çəkisi isə 200 qr azalıb. İndi 13 düymlük leptopun çəkisi 1.35 kq-dır. 15 düymlük “MacBook Pro” noutbuk modelinin qalınlığı isə indi 15 mm-dir. Bu noutbukun ölçüsü 20%, çəkisi isə 200 qr azalaraq 1.8 kq təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.ru” saytına istinadən yazır ki, noutbukların ekranı 67% daha parlaq və daha kontrast olublar və 25% daha çox rəng əks etdirirlər. Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, displeylərin enerji sərfiyyatını 30% azaltmağa nail olublar.
“MacBook Pro” noutbuklarında əsas yenilik klaviaturadan yuxarıda yerləşən və ənənəvi funksional klavişləri (F1-F12) əvəz edən sensor panel olub. Bu panel “OLED” texnologiyası üzrə hazırlanmış “Retina” displeydən ibarətdir və cari anda qurğuda işə salınmış proqramdan asılı olaraq müxtəlif düymə və ya simvolları göstərmək qabiliyyətinə malikdir. Bundan başqa, panel mətnin yığımı zamanı növbəti sözü təklif edə bilər, qrafik redaktorla işlədikdə isə rəng palitrasına çevrilir.
Panelin sağ tərəfinə noutbuku blokdan çıxarmağa, bir profildən başqasına keçid etməyə və ya internetdə alış-verişin haqqını ödəməyə imkan verən “Touch ID” barmaq izi sensoru qurulub. Bundan başqa, yenilənmiş noutbuklar əvvəlki nəsillə müqayisədə daha böyük taçpadla təchiz ediliblər.
13 düymlük versiya altıncı nəsil dördnüvəli “Intel Core i5” və ya “i7” prosessorları, “Iris Pro” videokartı ilə təchiz edilir. Daxili “SSD” daşıyıcının tutumu 2 TB təşkil edir. 15 düymlük model “Core i7” prosessoru, müvafiq tutumlu “SSD” daşıyıcı və 4 QB tutuma malik “ATI Radeon Pro” videokartı ilə təchiz edilib. Hər iki noutbuk modelində avtonom iş vaxtı 10 saatadək təşkil edir.
“MacBook Pro” noutbukunun hər iki versiyası 4 ədəd “Thunderbolt 3 USB Type-C” portu və qulaqlıqlar üçün 3.5 mm-lik konnektorla təchiz edilib. “Apple” şirkətinin yeni noutbuk modellərində başqa konnektorlar nəzərdə tutulmayıb.
13 düymlük modelin qiyməti 1499 dollardan başlayacaq. 15 düymlük “MacBook Pro” modelinin qiyməti isə 2399 dollar təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 606
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet