12px13px15px17px
Tarix:29/10/16

Yeni tranzistor elektron qurğuların batareyasız işləməsinə imkan verəcək

Kembric Universitetinin mütəxəssisləri Sunqsik və Natan Arokia tərəfindən hazırlanmış tranzistorların yeni konstruksiyası sayəsində elektron qurğular aylar və ya illərlə çox cüzi enerji sərfiyyatı işlətməklə və ya hətta batareyasız işləyə bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, alimlər öz işlərində damcılayan kran analogiyasından istifadə ediblər. Məhz enerji "itki"si bütün tranzistorların əsas problemidir. Mütəxəssislər bu enerji “itki”sindən istifadə etməyin yollarını tapıblar.

Şottki baryeri köməyə gəlib. Bu baryer sayəsində enerji itkisi ilə işləyən tranzistor yaratmaq mümkün olub.

Natan Arokia izah edir ki, biz müəyyənləşdirdik ki, Şottki baryeri son dərəcə aşağı enerji sərfiyyatlı elektron qurğular üçün mükəmməl xarakteristikalara malik elementlər yaratmağa imkan verir. Bu, məsələn, adi “AA” batareyasının enerjisindən milyardlarla illər ərzində istifadə etməyə imkan verəcək".

Emil Hüseynov




Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024