Tarix:01/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırda mövcud proqramlaşdırma dilləri kompüterin enerji mənbəyindən ayrılması imkanlarını nəzərə almır və aralıq əməliyyatların saxlanılmasını təmin edə bilmir. Belə imkanı təqdim edən proqram və əməliyyat sistemləri nəzarət nöqtələri prinsipi ilə işləyir. Onlar işin nəticələrini verilmiş aralıq vaxtı vasitəsilə saxlayır. Bərpa üçün belə proqramlar çoxlu kompüter gücü sərf edir, eləcə də istifadəçilər arasında yayılmır.
Yeni işdə alimlər bu tip çoxsaylı mükəmməl proqramlar yazmağa imkan verən “Chain” proqramlaşdırma dili təqdim ediblər. Yeni proqramlaşdırma dili nəzarət nöqtələrinin olmasını tələb etmir, çünki bu halda proses tapşırığın aralıq vəziyyəti (başa çatıb-çatmaması) və nəticələri barədə informasiya arasında bölünür.
Enerji stabil verildikdə “Chain” vasitəsilə yazılan proqram ardıcıl yerinə yetiriləcək. Hesablama prosesi başa çatdıqdan sonra tapşırıq status və nəticəni saxlayandan sonra onları başqa tapşırığa ötürəcək. Sonuncu məlumatları başa çatması üçün yoxlayır və müsbət nəticə əldə etdikdə onlardan istifadə edir. Beləliklə, məlumatlar zəncirvari şəkildə proqram tam yerinə yetirilənədək ötürülür.
Proqramın yerinə yetirilməsində fasilə yarandıqda enerjidən ayrılmanın baş verdiyi tapşırıqdan bərpa olunur. Həmçinin yenidən işə salınan proses ilk öncə əvvəlki hesablamaların nəticələrini yoxladıqdan sonra öz işinə başlayır. Proqram tərtibatçılarının fikrincə, belə yanaşma elektrik enerjisi və kompüter gücü sərfiyyatına qənaət etməyə imkan verir.
Nizam Nuriyev
Enerjidən asılı olmayan proqramlar ayrıca dildən istifadə edəcək
ABŞ alimləri proqramların yazılması üçün kompüterin enerji mənbəyindən ayrılandan sonra işini davam etdirə bilən proqramlaşdırma dili hazırlayıblar. Bu barədə Karnegi-Mellon Universitetinin saytında bildirilir.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırda mövcud proqramlaşdırma dilləri kompüterin enerji mənbəyindən ayrılması imkanlarını nəzərə almır və aralıq əməliyyatların saxlanılmasını təmin edə bilmir. Belə imkanı təqdim edən proqram və əməliyyat sistemləri nəzarət nöqtələri prinsipi ilə işləyir. Onlar işin nəticələrini verilmiş aralıq vaxtı vasitəsilə saxlayır. Bərpa üçün belə proqramlar çoxlu kompüter gücü sərf edir, eləcə də istifadəçilər arasında yayılmır.
Yeni işdə alimlər bu tip çoxsaylı mükəmməl proqramlar yazmağa imkan verən “Chain” proqramlaşdırma dili təqdim ediblər. Yeni proqramlaşdırma dili nəzarət nöqtələrinin olmasını tələb etmir, çünki bu halda proses tapşırığın aralıq vəziyyəti (başa çatıb-çatmaması) və nəticələri barədə informasiya arasında bölünür.
Enerji stabil verildikdə “Chain” vasitəsilə yazılan proqram ardıcıl yerinə yetiriləcək. Hesablama prosesi başa çatdıqdan sonra tapşırıq status və nəticəni saxlayandan sonra onları başqa tapşırığa ötürəcək. Sonuncu məlumatları başa çatması üçün yoxlayır və müsbət nəticə əldə etdikdə onlardan istifadə edir. Beləliklə, məlumatlar zəncirvari şəkildə proqram tam yerinə yetirilənədək ötürülür.
Proqramın yerinə yetirilməsində fasilə yarandıqda enerjidən ayrılmanın baş verdiyi tapşırıqdan bərpa olunur. Həmçinin yenidən işə salınan proses ilk öncə əvvəlki hesablamaların nəticələrini yoxladıqdan sonra öz işinə başlayır. Proqram tərtibatçılarının fikrincə, belə yanaşma elektrik enerjisi və kompüter gücü sərfiyyatına qənaət etməyə imkan verir.
Nizam Nuriyev
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)