Tarix:02/11/16
31 oktyabr tarixində ABŞ şirkəti “Windows 7 Professional” və “Windows 8.1”-in (bütün versiyalar) lisenziyalarının fərdi kompüter istehsalçılarına satışını dayandırıb. Beləliklə, indi sonuncular öz masaüstü kompüter və noutbuklarına yalnız “Windows 10” quraşdırmalı və ya alternativ sistemdən istifadə etməlidirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bununla belə, hələ ki, istifadəçilər “Windows 7 Professional” və “Windows 8.1” sistemləri ilə işləyən yeni FK satın ala bilərlər. Birincisi, distribüter və pərakəndə satıcılarda bu texnikanın ehtiyatı olur. İkincisi, öncədən “Windows 10 Pro” qurulmuş yeni kompüterin sahibi öz sistemini “Windows 8.1 Pro” və ya “Windows 7 Professional”a dəyişmək hüququna malikdir. Amma bir şərtlə ki “Microsoft” sözügedən ƏS-ni dəstəkləsin. Bundan başqa, “Windows 7” və ya “8.1” sistemlərinin lisenziyalı versiyaları olan disk və fləş daşıyıcıları satışda tapmaq mümkündür.
“Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixinədək davam edəcək və “Windows 8”-in əsas və genişləndirilmiş dəstəyi müvafiq olaraq 9 yanvar 2018-ci il və 10 yanvar 2023-cü il tarixində bitəcək.
“NetMarketShare” xidmətinin məlumatına görə, 2016-cı ilin oktyabrında dünyada bütün kompüterlərin 48.38%-nə “Windows 7” qurulub. Həmin ayda “Windows 10” sisteminin bazar payı, həmçinin cüzi artıb.
2016-cı ilin iyulun sonunda “Microsoft” şirkəti “Windows 7” və “Windows 8.1” ilə işləyən kompüterlərə “Windows 10” ƏS-nin pulsuz quraşdırılması imkanını ləğv etdikdən sonra sözügedən platformanın yayılma tempi xeyli zəifləyib.
“Microsoft”un rəsmi məlumatına əsasən, 2016-cı ilin sentyabrın sonunda dünyada 400 milyondan çox qurğuda “Windows 10” sistemindən istifadə olunub.
Emil Hüseynov
Ən populyar əməliyyat sistemi ilə işləyən kompüterlərin satışı dayandırılıb
Ən populyar əməliyyat sistemi (ƏS) “Windows 7” ilə işləyən yeni fərdi kompüterlərin (FK) satışı dayandırılıb. Bundan başqa, “Windows 8.1” sistemi ilə işləyən qurğular da bazarı tərk edir.31 oktyabr tarixində ABŞ şirkəti “Windows 7 Professional” və “Windows 8.1”-in (bütün versiyalar) lisenziyalarının fərdi kompüter istehsalçılarına satışını dayandırıb. Beləliklə, indi sonuncular öz masaüstü kompüter və noutbuklarına yalnız “Windows 10” quraşdırmalı və ya alternativ sistemdən istifadə etməlidirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bununla belə, hələ ki, istifadəçilər “Windows 7 Professional” və “Windows 8.1” sistemləri ilə işləyən yeni FK satın ala bilərlər. Birincisi, distribüter və pərakəndə satıcılarda bu texnikanın ehtiyatı olur. İkincisi, öncədən “Windows 10 Pro” qurulmuş yeni kompüterin sahibi öz sistemini “Windows 8.1 Pro” və ya “Windows 7 Professional”a dəyişmək hüququna malikdir. Amma bir şərtlə ki “Microsoft” sözügedən ƏS-ni dəstəkləsin. Bundan başqa, “Windows 7” və ya “8.1” sistemlərinin lisenziyalı versiyaları olan disk və fləş daşıyıcıları satışda tapmaq mümkündür.
“Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixinədək davam edəcək və “Windows 8”-in əsas və genişləndirilmiş dəstəyi müvafiq olaraq 9 yanvar 2018-ci il və 10 yanvar 2023-cü il tarixində bitəcək.
“NetMarketShare” xidmətinin məlumatına görə, 2016-cı ilin oktyabrında dünyada bütün kompüterlərin 48.38%-nə “Windows 7” qurulub. Həmin ayda “Windows 10” sisteminin bazar payı, həmçinin cüzi artıb.
2016-cı ilin iyulun sonunda “Microsoft” şirkəti “Windows 7” və “Windows 8.1” ilə işləyən kompüterlərə “Windows 10” ƏS-nin pulsuz quraşdırılması imkanını ləğv etdikdən sonra sözügedən platformanın yayılma tempi xeyli zəifləyib.
“Microsoft”un rəsmi məlumatına əsasən, 2016-cı ilin sentyabrın sonunda dünyada 400 milyondan çox qurğuda “Windows 10” sistemindən istifadə olunub.
Emil Hüseynov
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)