Tarix:02/11/16
“Tango” əlavə reallıq texnologiyası dərinlik sensoru ilə təchiz edilmiş qurğular üçün nəzərdə tutulub. Texnologiya smartfonun köməyilə real dünyanın üçölçülü xəritəsini quraraq onu müxtəlif virtual obyektlərlə birləşdirməyə imkan verir. İndi 35 mobil proqram, o cümlədən oyunlar və interyerin vizuallaşdırılması üçün xidmətlər bu texnologiyanı dəstəkləyir. Bəzi tətbiqlər artıq “Google Play” internet mağazasında əlçatandır.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, hazırda sözügedən sistem yalnız “Lenovo Phab2 Pro” smartfonunda işləkdir. Tezliklə “Tango” texnologiyasının başqa qurğularda da əlçatan olacağı gözlənilir.
“Tango” uzun müddət eksperimental layihə kimi hazırlanıb. 2016-cı ilin iyununda “Lenovo” şirkəti əlavə reallığı dəstəkləyən ilk smartfon çıxarıb. Bundan sonra ABŞ-ın “Qualcomm” şirkəti “Snapdragon 820” prosessorunu bu texnologiyaya uyğunlaşdırmaq haqda məlumat verib. Prosessor “Tango” texnologiyasının beş sensorundan (akselerometr, jiroskop, adi və balıq gözü kameralar, dərinlik sensoru) məlumatları eyni anda qəbul edə və emal edə bilər.
Emil Hüseynov
“Google” şirkəti “Tango” əlavə reallıq texnologiyasını rəsmən istifadəyə verib
ABŞ-ın “Google” şirkəti istifadəçilər üçün “Tango” əlavə reallıq sistemini rəsmən istifadəyə verib.“Tango” əlavə reallıq texnologiyası dərinlik sensoru ilə təchiz edilmiş qurğular üçün nəzərdə tutulub. Texnologiya smartfonun köməyilə real dünyanın üçölçülü xəritəsini quraraq onu müxtəlif virtual obyektlərlə birləşdirməyə imkan verir. İndi 35 mobil proqram, o cümlədən oyunlar və interyerin vizuallaşdırılması üçün xidmətlər bu texnologiyanı dəstəkləyir. Bəzi tətbiqlər artıq “Google Play” internet mağazasında əlçatandır.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, hazırda sözügedən sistem yalnız “Lenovo Phab2 Pro” smartfonunda işləkdir. Tezliklə “Tango” texnologiyasının başqa qurğularda da əlçatan olacağı gözlənilir.
“Tango” uzun müddət eksperimental layihə kimi hazırlanıb. 2016-cı ilin iyununda “Lenovo” şirkəti əlavə reallığı dəstəkləyən ilk smartfon çıxarıb. Bundan sonra ABŞ-ın “Qualcomm” şirkəti “Snapdragon 820” prosessorunu bu texnologiyaya uyğunlaşdırmaq haqda məlumat verib. Prosessor “Tango” texnologiyasının beş sensorundan (akselerometr, jiroskop, adi və balıq gözü kameralar, dərinlik sensoru) məlumatları eyni anda qəbul edə və emal edə bilər.
Emil Hüseynov
Baxış sayı: 1032
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet