12px13px15px17px
Tarix:03/11/16

İspanaq partlayıcı maddəni aşkarlamağa kömək edəcək

ABŞ alimləri bitkini partlayıcı maddələr detektoruna çevirməyə imkan verən texnologiya hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, sensorun yaradılması üçün alimlər ənənəvi üsulla yetişdirilən bostan ispanağından (Spinacia oleracea) istifadə ediblər. Bitki mezofilinə (yarpaq ayasının əsas toxuması) iynəsiz inyeksiya vasitəsilə karbon nanohissəcikləri və nanoborucuq qatışığı daxil edilib. Onlar əksər partlayıcı qatışıqların əsasını təşkil edən nitroaromatik birləşmələri tanımaq üçün nəzərdə tutulub.
 
İş zamanı bitki nitroaromatik birləşmələrin həll edildiyi torpaqdan suyu çəkir. Köklər və saplaqla yuxarı hərəkət edən bu maddələr nanoborucuqlar tərəfindən tanınan mezofildə akkumulyasiya edilir. Aşkarlama nanoborucuqlarla əlaqəli bombolitin II zülalının ikinci strukturunun dəyişməsi sayəsində baş verir. Nəticədə sonuncunun şüalanma spektri 10 dəqiqə ərzində dəyişir.  
 
Siqnalı yoxlamaq üçün ispanaq yarpağı lazerlə işıqlandırılır və buna cavab olaraq nanoborucuqlar yaxın infraqırmızı nahiyədə (1,3 mikrometrədək) işıq verməyə başlayır. İşıqlandırmanı, məsələn, birpalatalı kompüter birləşməsində istifadə edilən infraqırmızı kamera vasitəsilə qeydə almaq olar. Siqnalı infraqırmızı filtrli smartfonla da yoxlamaq mümkündür.  
 
Mütəxəssislərin sözlərinə görə, belə bitkilərdən qrunt sularının döyüş sursatlarının utilizasiyası məhsulları ilə çirkləndirilməsini yoxlamaq və ya ictimai yerlərdə partlayıcı maddələrin axtarışı üçün istifadə etmək olar. Üsulun çatışmazlığı nanoborucuqların ayrı-ayrılıqda mezofilə əllə daxil edilməni tələb etməsindədir.
 
Nizam Nuriyev 




Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024