12px13px15px17px
Tarix:07/11/16

Virtual reallıq üçün yeni kompüter çanta hazırlanıb

Virtual reallıq bu yaxınlarda populyarlıq qazanmağa başlasa da, artıq istifadəçilərin qarşılaşdığı bir sıra problemlər mövcuddur. Azsaylı keyfiyyətli kontenti kənara qoysaq, naqillər kimi aparat məhdudiyyətləri də var, çünki “HTC Vive”, “Oculus Rift” və “PlayStation VR” daxil olmaqla bütün virtual reallıq kaskaları kompüterlərə və qurğulara kabellərlə qoşulur. Bəzi istehsalçılar problemi virtual reallıq kaskalarının qoşulduğu çanta şəkilində mobil kompüterlər istehsal etməklə həll edir. Bu, istifadəçiyə həm real dünyada, həm də virtual reallıqda problemsiz hərəkət etməyə imkan verir ki, bu da dalma səviyyəsini xeyli yüksəldir. Belə kompüterləri artıq “HP”, “MSI”, “Alienware” və “Intel” təqdim edib, indi isə onlara “Zotac” şirkəti qoşulub.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Zotac VR Go” kompüteri digər şirkətlərin oxşar qurğuları ilə müqayisədə cəlbedici görünmür. Digər istehsalçıların diqqəti daha çox dizaynı maksimum ənənəvi çantalara yaxınlaşdırmağa yönəltməsinə baxmayaraq “Zotac” mobil kompüteri, nə qədər qəribə səslənsə də, məhz kompüteri xatırladır. Eyni zamanda “Zotac VR Go” kompüterində isti hava geriyə üfürülüb çıxarılır, lakin digər kompüter çantalarda ventilyasiya yan tərəflərdə olur ki, bu da istifadədə bir sıra narahatlıqlar yardır. Həmçinin “Zotac” kontroller üçün rahatlıq yaradan bərkidicilər düzəldib. Bu, onları daim əldə saxlamamağa imkan verir.

“Zotac VR Go” kompüterinin texniki xüsusiyyətlərini “Intel Core i7” prosessoru, “GeForce GTX 1070” videokartı, çıxarılıb taxılan akkumulyator, 2,5 düymlük “HDD” və ya “SSD” diskləri təşkil edir.

Kompüterin avtonom iş vaxtı, qiyməti və nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

Nizam Nuriyev 




Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024