12px13px15px17px
Tarix:08/11/16

“Android Auto” smartfonlarda istifadəyə verilib

İki il əvvəl "Google" şirkəti avtomobillər üçün "Apple CarPlay" sisteminin analoqu olan "Android Auto" əməliyyat sistemini təqdim edib. Təəssüf ki, avtomobil istehsalçıları hər iki sistemin dəstəklənməsini avtomobillərdə quraşdırmağa bir o qədər həvəs göstərmirlər. Həmçinin "Android Auto" və "Apple CarPlay" sistemlərini dəstəkləyərək istənilən avtomobilə quraşdırıla bilən ayrı-ayrı mediapleyerlər mövcuddur, lakin onları əldə etmək çətin və bahadır. "Google" bu problemin çox sadə həllini tapıb. Avtomobil istehsalçılarının "Android Auto" sistemini avtomobillərə tətbiq etmək istəməməsi səbəbindən şirkət platformanı smartfonlara keçirərək istifadəyə verib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Google Play" sistemində "Android Auto" əlavəsi sistemi birbaşa smartfon ekranında quraşdırmağa imkan verən "Android Auto 2.0" versiyasınadək yenilənib. Əlavə işə salınan zaman istifadəçi interfeysi sükan arxasında onunla maksimum birlikdə işləmək üçün tam dəyişir. Smartfonu öndə müəyyən bərkidicidə quraşdırmaq və pleyer, naviqasiya, telefon və digər funksiyalarla daha rahat şəkildə istifadə etmək mümkündür. Bundan başqa, "Google" növbəti yeniləmədə platformanı əlsiz idarə etmək üçün səsli komandaların dəstəklənməsinin əlavə ediləcəyini bildirib.

Qeyd edək ki, smartfonlar üçün "Android Auto" bütün ölkələrdə işləmir. Yenilənmiş əlavəni "Google Play" əlavələr mağazasından yükləmək olar.

Nizam Nuriyev 




Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024