Tarix:10/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, “Cambridge Consultants” şirkətinin mütəxəssisləri kataraktın kəsilib götürülməsi əməliyyatlarını edə bilən "Axsis” adlı robot cərrah yaradıblar. Onun hərəkətləri cərrahların hərəkətindən daha dəqiq olacaq ki, bu da ağırlaşma hallarının inkişafını minimuma endirməyə kömək edəcək.
“Axsis” 10 millimetrlik radiuslu məhdud yerdə əməliyyat aparmaq üçün lazım olan bütün hərəkətləri yerinə yetirə bilən iki “əllə” təchiz edilib. Robot iki kontroller vasitəsilə idarə edilir, qurğunu idarə edən həkim əməliyyatın aparıldığı yeri qarşısındakı ekranda görür.
Robot yaradıcılarından biri Kris Vaqnerin sözlərinə görə, klinikalarda robotlaşdırılmış “Da Vinci” sistemlərindən aktiv istifadə edilir. Lakin ölçülərin böyük olmasına görə onlar vasitəsilə kataraktın kəsilib götürülməsi əməliyyatı kimi ağır əməliyyatları etmək çətindir. “Axsis” robotunda isə bu çatışmazlıq aradan qaldırılıb. Bundan başqa, mütəxəssislərin fikrincə, yeni qurğu digər robot cərrahlardan daha ucuz olacaq.
“Axsis” yaradıcılarının fikrincə, yeni robot təkcə oftalmologiyada deyil, həmçinin poliplərin kəsilməsi kimi qastroentoloji əməliyyatların aparılması zamanı faydalı olacaq.
Nizam Nuriyev
Robot katarakt əməliyyatını edəcək
Kataraktın kəsilib götürülməsi əməliyyatı dünyada ən geniş yayılmış əməliyyatlardan biridir. Hər il 20 milyona yaxın belə əməliyyat həyata keçirilir. Cərrahlar görmə qabiliyyətini bərpa etmək üçün bulanmış göz büllurunu kəsib götürərək onu sünisi ilə əvəz edirlər. Əməliyyat zamanı ağırlaşma hallarına az təsadüf edilsə də, bu baş verir. Belə ki, belə səhvlərin bir hissəsi manipulyasiyalar aparan mikrocərrahların səhv hərəkətləri ilə əlaqədardır.“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, “Cambridge Consultants” şirkətinin mütəxəssisləri kataraktın kəsilib götürülməsi əməliyyatlarını edə bilən "Axsis” adlı robot cərrah yaradıblar. Onun hərəkətləri cərrahların hərəkətindən daha dəqiq olacaq ki, bu da ağırlaşma hallarının inkişafını minimuma endirməyə kömək edəcək.
“Axsis” 10 millimetrlik radiuslu məhdud yerdə əməliyyat aparmaq üçün lazım olan bütün hərəkətləri yerinə yetirə bilən iki “əllə” təchiz edilib. Robot iki kontroller vasitəsilə idarə edilir, qurğunu idarə edən həkim əməliyyatın aparıldığı yeri qarşısındakı ekranda görür.
Robot yaradıcılarından biri Kris Vaqnerin sözlərinə görə, klinikalarda robotlaşdırılmış “Da Vinci” sistemlərindən aktiv istifadə edilir. Lakin ölçülərin böyük olmasına görə onlar vasitəsilə kataraktın kəsilib götürülməsi əməliyyatı kimi ağır əməliyyatları etmək çətindir. “Axsis” robotunda isə bu çatışmazlıq aradan qaldırılıb. Bundan başqa, mütəxəssislərin fikrincə, yeni qurğu digər robot cərrahlardan daha ucuz olacaq.
“Axsis” yaradıcılarının fikrincə, yeni robot təkcə oftalmologiyada deyil, həmçinin poliplərin kəsilməsi kimi qastroentoloji əməliyyatların aparılması zamanı faydalı olacaq.
Nizam Nuriyev
Baxış sayı: 488
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet