12px13px15px17px
Tarix:10/11/16

“Samsung” şirkəti “Note 7” pərəstişkarlarının cəlbi üçün “Galaxy S8”-in ekranını böyüdəcək

“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy S8” smartfonu üzərində işləməyə davam edir və gələcək qurğunun xarakteristikaları haqda internetdə yeni şayiələr çıxır.

“Phone Arena” nəşri yazır ki, yeni smartfon iki versiyada buraxılacaq. Bu halda hər iki modeldə displeylərin diaqonalı müvafiq olaraq 5.7 və 6.2 düym təşkil edəcək, halbuki “Galaxy S7” və “S7 Edge” modelləri müvafiq olaraq 5.1 və 5.5 düym diaqonallı ekranlara malikdirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, eyni zamanda mənbələrin məlumatına görə, yeni smartfon modellərində ekranların kənar hissələri bükük olacaq və barmaq izi skanerini dəstəkləyən “home” düyməsi ekrana qurulacaq. Nəticədə “Galaxy S8” smartfonunun hər iki modelinin fiziki ölçüləri “Galaxy S7” ilə müqayisədə böyük olmayacaq.

Başqa bir mənbənin məlumatına görə, şirkət geri çağırılmış və istehsalı dayandırılmış “Note 7” pərəstişkarlarının diqqətini öz qabaqcıl qurğusuna  cəlb etmək üçün sonuncunun ekranını böyütmək qərarı qəbul edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl məlum olub ki, “Galaxy S8” smartfonu şəxsi səs köməkçisinə malik olacaq və qurğu gələn ilin aprelində nümayiş etdiriləcək.

Emil Hüseynov




Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024