Tarix:11/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, əlavə "Daydream VR" virtual reallıq platforması və bu həftə satışa çıxarılan "Daydream View" kaskasına uyğun hazırlanıb. "YouTube VR" əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm "teatr" rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.
"YouTube VR" əlavəsinin işə salınması üçün "Daydream VR" kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.
Nizam Nuriyev
“YouTube” üçün virtual reallıq əlavəsi təqdim edilib
"Google" şirkəti istifadəçilərin "YouTube" servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir. Kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, "Android TV" sistemli qurğular və "ağıllı" televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur. Bu dəfə isə şirkət "YouTube"a yeni "YouTube VR" servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb. "YouTube"un mobil versiyasında əvvəllər stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. "YouTube VR" əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, əlavə "Daydream VR" virtual reallıq platforması və bu həftə satışa çıxarılan "Daydream View" kaskasına uyğun hazırlanıb. "YouTube VR" əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm "teatr" rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.
"YouTube VR" əlavəsinin işə salınması üçün "Daydream VR" kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.
Nizam Nuriyev
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet