12px13px15px17px
Tarix:14/11/16

Virtual obyektlərin dadını hiss etməyə imkan verən texnologiya hazırlanıb

Virtual reallıq sistemlərinin yaradılması ilə məşğul olan alimlər onu əsl reallığa yaxınlaşdırmaq üçün böyük səy göstərirlər. Bu məqsədlə taktil, toxunuşla hissetməni təmin edən qurğular hazırlanır.
 
Sinqapur Milli Universiteti və Tokio Universitetindən olan alimlər qrupu virtual obyektlərin dad keyfiyyətlərinin imitasiyasında böyük uğura nail olublar. Başqa sözlə desək, indi virtual nabatın şirinliyini və ya virtual kokteylin dadını hiss etmək mümkün olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “newsland.com” saytına istinadən yazır  ki, Sinqapur Universitetinin elmi işçisi Nimeşa Renazinqe artıq uzun müddətdir "virtual dad" texnologiyası üzərində işləyir. O və onun komandası 2013-cü ildə dad duyğularını (turş, acı və duzlu) təmin edən kiçik elektrodlar şəbəkəsindən ibarət dadverən hislərin imitatorunu yaradıblar. Bir il sonra bu ixtira əsasında yaradılmış xüsusi qaşıq qidanın dadını hiss etməyə imkan verib.
 
Ancaq alimlər elektrik stimulyasiyasının köməyi ilə dad duyğusunun təmin edilməsinə nail ola bilməyiblər. Alimlər stimulyasiyanın daha bir növü olan istilik texnologiyasına müraciət ediblər.
 
Dadverən hisslərin imitasiyası üzrə hər iki texnologiya yalnız virtual reallıq mühitində dadlı yeməklərlə qidalanmaq üçün nəzərdə tutulmayıb. Bu texnologiyalar müxtəlif səbəblər üzündən qoxu və ya dadı hiss etmək qabiliyyətini itirmiş insanlara kömək göstərə bilərlər.
 
Emil Hüseynov




Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024