Tarix:14/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "Planet-today" resursuna istinadən yazır ki, "Business Insider" portalının ekspertləri qeyd edirlər ki, martda dünya çərçivəsiz ekrana malik "iPad" qurğusunun şahidi olacaq. Ümumilikdə planşetlərin üç variantda - 9,7 düym ekranlı ucuz, 12,9 düym ekranlı mövcud modelin yeni variasiyası, eləcə də 10,9 düym diaqonallı yeni "iPad" modelinin təqdim ediləcəyi gözlənilir. Sonuncu qurğu kiçik ekranlı model kimi eyni ölçüyə malik olmaqla çərçivəsiz olacaq.
Məlumata görə, planşetlərin çərçivəsiz olması ekran ölçülərini artıraraq qurğuların parametrlərini dəyişməz saxlamağa imkan verəcək.
Bir müddət əvvəl internetdə "Apple" şirkətinin 2017-ci ildə 10,5 düymlük "iPad" və 9,7 düym diaqonallı planşetin ucuz variantını təqdim edəcəyi barədə proqnozlar yayılmışdı. Ekspertlər, həmçinin hesab edirlər ki, yeni qurğular yaxşılaşdırılmış "OLED" displeylərlə 2018-ci ildən tez təchiz edilməyəcək.
2017-ci ildə yeni "iPad" planşetlərinin "iPhone" smartfonlarının 10 illik yubileyinə həsr ediləcəyi bildirilir.
Nizam Nuriyev
Yeni “iPad” planşetləri 2017-ci ilin yazında təqdim ediləcək
İnternetdə tematik portalların birində "Apple" şirkətindəki mənbəyə istinadən yeni "iPad" planşetlərinin 2017-ci ilin martında təqdim ediləcəyi ilə bağlı məlumat yayılıb."ICTnews" Elektron Xəbər Xidməti "Planet-today" resursuna istinadən yazır ki, "Business Insider" portalının ekspertləri qeyd edirlər ki, martda dünya çərçivəsiz ekrana malik "iPad" qurğusunun şahidi olacaq. Ümumilikdə planşetlərin üç variantda - 9,7 düym ekranlı ucuz, 12,9 düym ekranlı mövcud modelin yeni variasiyası, eləcə də 10,9 düym diaqonallı yeni "iPad" modelinin təqdim ediləcəyi gözlənilir. Sonuncu qurğu kiçik ekranlı model kimi eyni ölçüyə malik olmaqla çərçivəsiz olacaq.
Məlumata görə, planşetlərin çərçivəsiz olması ekran ölçülərini artıraraq qurğuların parametrlərini dəyişməz saxlamağa imkan verəcək.
Bir müddət əvvəl internetdə "Apple" şirkətinin 2017-ci ildə 10,5 düymlük "iPad" və 9,7 düym diaqonallı planşetin ucuz variantını təqdim edəcəyi barədə proqnozlar yayılmışdı. Ekspertlər, həmçinin hesab edirlər ki, yeni qurğular yaxşılaşdırılmış "OLED" displeylərlə 2018-ci ildən tez təchiz edilməyəcək.
2017-ci ildə yeni "iPad" planşetlərinin "iPhone" smartfonlarının 10 illik yubileyinə həsr ediləcəyi bildirilir.
Nizam Nuriyev
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet